Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Başına bant bağlanıb saçı qırxılan oğlanla bağlı DİN-dən açıqlama

© PhotoAdam
Adam - Sputnik Azərbaycan, 1920, 18.01.2023
Abunə olmaq
DİN rəsmisi Nurlan Əliyev fotodakı şəxslə bağlı araşdırılma aparıldığını söyləyib.
BAKI, 18 yanvar — Sputnik. Facebook* sosial şəbəkəsində yeniyetmə oğlanın sosial platformada polisi təhqir etdiyinə görə saçının qırxıldığı barədə görüntülər və məlumat paylaşılıb. Həmin görüntülərlə bağlı bildirilir ki, sosial platformada polisi təhqir edən şəxs polis bölməsinə aparılaraq saçlarına bant bağlanılıb, daha sonra saçı qırxılıb.
Həmin şəxsin hər iki formada fotosu sosial şəbəkədə paylaşılıb. Məlumatlara görə, həmin yeniyetmə "Tik-tik" sosial şəbəkəsində canlı açaraq polisin ünvanına təhqiramiz ifadələr işlədib.
Sputnik Azərbaycan-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, bu şəkil hər hansı polis bölməsində çəkilməyib:

"Vətəndaşın saçının polis bölməsində qırxıldığı barədə məlumatlar yanlışdır. Bu şəkil hər hansı polis bölməsində çəkilməyib, özfəaliyyətdir".

DİN rəsmisi hazırda fotodakı şəxslə bağlı araşdırılma aparıldığını söyləyib.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Xəbər lenti
0