Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Polis azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsi axtarır - VİDEO

oğru - Sputnik Azərbaycan, 1920, 18.01.2023
Abunə olmaq
Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu 93 saylı tam orta məktəbin yaxınlığında baş verib.
BAKI, 18 yanvar — Sputnik. Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. APA xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.
Araşdırmalarla məlum olub ki, həmin şəxs digər azyaşlıya qarşı da bu məzmunda hərəkətlər edib. Əlavə məlumat veriləcək.
***
Paytaxtın Nərimanov rayonunda naməlum şəxs məktəbli qızı oğurlamağa cəhd edib. Trend-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb. Videogörüntüdə naməlum şəxs azyaşlı qızı oğurlayaraq başqa istiqamətə aparmağa cəhd edir. Azyaşlı isə buna etiraz edərək həmin şəxsin əlindən çıxaraq mağazaya daxil olur.
Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu 93 saylı tam orta məktəbin yaxınlığında baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar: “Hazırda həmin görüntülərlə bağlı araşdırma aparılır”.
Xatırladaq ki, dünən də Binəqədidə uşaq oğurluğu ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddialarla bağlı açıqlama verilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkədə məlumat paylaşıb.
O qeyd edib ki, iddialar araşdırılıb: “Polis əməkdaşları tərəfindən azyaşlının atasının yanında olması müəyyən edilib. Kriminal hal yoxdur”.
Xəbər lenti
0