https://sputnik.az/20230117/soyqu-ukraynada-xhe-zonasindaki-vostok-qruplasmasinin-qerargahini-yoxlayib-450739784.html
Şoyqu Ukraynada XHƏ zonasındakı "Vostok" qruplaşmasının qərargahını yoxlayıb
Şoyqu Ukraynada XHƏ zonasındakı "Vostok" qruplaşmasının qərargahını yoxlayıb
Sputnik Azərbaycan
Yanvarın 11-də məlum olub ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada XHƏ zonasında birləşmiş qoşun qruplaşmasına rəhbərlik edir. 17.01.2023, Sputnik Azərbaycan
2023-01-17T12:12+0400
2023-01-17T12:12+0400
2023-01-17T12:12+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
rusiyanın müdafiə naziri sergey şoyqu
sergey şoyqu
müdafiə naziri ordu generalı sergey şoyqu
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445325015_0:110:2773:1670_1920x0_80_0_0_318cc3a799be65be7f567edefc0322c4.jpg
BAKI, 17 yanvar — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) zonasındakı Rusiya qruplaşmasını yoxlayıb, "Vostok" komanda məntəqəsinə baş çəkib. Bu barədə çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyindən bildirilib. "Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu xüsusi hərbi əməliyyat keçirilən ərazidə tapşırıqları yerinə yetirən "Vostok" qruplaşmasının qərargahını yoxlayıb", - nazirliyin məlumatında deyilir. "Vostok" qruplaşmasının komanda məntəqəsində Sergey Şoyqu qruplaşmanın komandiri general-leytenant Rüstəm Muradovun düşmən qüvvələrinin darmadağın edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı mövcud vəziyyət və gedişat barədə məruzəni dinləyib", - məlumatda deyilir. "Tapşırıqlar yerinə yetirilən zaman Rusiya Federasiyasının müdafiə naziri xüsusi hərbi əməliyyatda iştirak edən qoşunların hərtərəfli təminatının təşkilinə, istehkam işlərinin təşkilinə və şəxsi heyətin sahə şəraitində təhlükəsiz yerləşdirilməsi üçün şərait yaradılmasına, habelə tibbi və cəbhə arxasındakı bölmələrin işinə xüsusi diqqət yetirib", - məlumatda qeyd edilib. "Sergey Şoyqu xüsusi hərbi əməliyyat zonasında cəsarətlə tapşırıqları yerinə yetirən hərbçilərə təşəkkür edib, həmçinin göstərdiyi fədakarlığa və qəhrəmanlığa görə hərbçilərə dövlət mükafatları da təqdim edib", - məlumatda bildirilib. "Siz xidmətinizi layiqincə yerinə yetirirsiniz, Vətənimizi qoruyursunuz, köməyə ehtiyacı olanlara kömək edirsiniz, Qələbə günü adlandırılan günü yaxınlaşdırmaq üçün əlinizdən gələn hər şeyi edirsiniz", - deyə Rusiya Müdafiə Nazirliyi qeyd edib. Yanvarın 11-də məlum olub ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada XHƏ zonasında birləşmiş qoşun qruplaşmasına rəhbərlik edir. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, onun müavinləri Hava-Kosmik Qüvvələrin Baş Komandanı Sergey Surovikin, Quru Qoşunlarının Baş komandanı Oleq Salyukov, RF Baş Qərargah rəisinin müavini Aleksey Kim olub. Bundan əvvəl XHƏ zonasında Rusiya qoşunlarının qruplaşmasına general Sergey Surovikin komandanlıq edib. Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyata rəhbərlik səviyyəsinin yüksəldilməsinin qoşun qruplaşmalarının bütün növ dəstəyinin keyfiyyətinin yüksəldilməsi, komandanlıq və nəzarətinin effektivliyi ilə bağlı olduğunu izah edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445325015_0:0:2731:2048_1920x0_80_0_0_f423788ade37f87c726eb2a175345920.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xüsusi hərbi əməliyyat, rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu, müdafiə naziri ordu generalı sergey şoyqu
xüsusi hərbi əməliyyat, rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu, müdafiə naziri ordu generalı sergey şoyqu
Şoyqu Ukraynada XHƏ zonasındakı "Vostok" qruplaşmasının qərargahını yoxlayıb
Yanvarın 11-də məlum olub ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada XHƏ zonasında birləşmiş qoşun qruplaşmasına rəhbərlik edir.
BAKI, 17 yanvar — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) zonasındakı Rusiya qruplaşmasını yoxlayıb, "Vostok" komanda məntəqəsinə baş çəkib. Bu barədə çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyindən bildirilib.
"Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu xüsusi hərbi əməliyyat keçirilən ərazidə tapşırıqları yerinə yetirən "Vostok" qruplaşmasının qərargahını yoxlayıb", - nazirliyin məlumatında deyilir.
"Vostok" qruplaşmasının komanda məntəqəsində Sergey Şoyqu qruplaşmanın komandiri general-leytenant Rüstəm Muradovun düşmən qüvvələrinin darmadağın edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı mövcud vəziyyət və gedişat barədə məruzəni dinləyib", - məlumatda deyilir.
"Tapşırıqlar yerinə yetirilən zaman Rusiya Federasiyasının müdafiə naziri xüsusi hərbi əməliyyatda iştirak edən qoşunların hərtərəfli təminatının təşkilinə, istehkam işlərinin təşkilinə və şəxsi heyətin sahə şəraitində təhlükəsiz yerləşdirilməsi üçün şərait yaradılmasına, habelə tibbi və cəbhə arxasındakı bölmələrin işinə xüsusi diqqət yetirib", - məlumatda qeyd edilib.
"Sergey Şoyqu xüsusi hərbi əməliyyat zonasında cəsarətlə tapşırıqları yerinə yetirən hərbçilərə təşəkkür edib, həmçinin göstərdiyi fədakarlığa və qəhrəmanlığa görə hərbçilərə dövlət mükafatları da təqdim edib", - məlumatda bildirilib.
"Siz xidmətinizi layiqincə yerinə yetirirsiniz, Vətənimizi qoruyursunuz, köməyə ehtiyacı olanlara kömək edirsiniz, Qələbə günü adlandırılan günü yaxınlaşdırmaq üçün əlinizdən gələn hər şeyi edirsiniz", - deyə Rusiya Müdafiə Nazirliyi qeyd edib.
Yanvarın 11-də məlum olub ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada XHƏ zonasında birləşmiş qoşun qruplaşmasına rəhbərlik edir.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, onun müavinləri Hava-Kosmik Qüvvələrin Baş Komandanı Sergey Surovikin, Quru Qoşunlarının Baş komandanı Oleq Salyukov, RF Baş Qərargah rəisinin müavini Aleksey Kim olub.
Bundan əvvəl XHƏ zonasında Rusiya qoşunlarının qruplaşmasına general Sergey Surovikin komandanlıq edib.
Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyata rəhbərlik səviyyəsinin yüksəldilməsinin qoşun qruplaşmalarının bütün növ dəstəyinin keyfiyyətinin yüksəldilməsi, komandanlıq və nəzarətinin effektivliyi ilə bağlı olduğunu izah edib.