Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Peskov yeni səfərbərliklə bağlı yayılan xəbərlərə münasibət bildirib

© Sputnik / Сергей Гунеев Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov
 Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov  - Sputnik Azərbaycan, 1920, 17.01.2023
Abunə olmaq
Vladimir Putinin Leninqrad blokadasının yarılmasının 80 illiyi şərəfinə keçiriləcək tədbirlərdə Ukraynaya tam müharibə və ya yeni səfərbərlik dalğası elan edə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
BAKI, 17 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya tam müharibə və ya yeni səfərbərlik dalğası ilə bağlı elan edəcəyi xəbərlər şayiədir.
APA-nın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.
“Bunların hamısı şayiədir. Onlara qulaq asmayın”, - deyə Kreml rəsmisi vurğulayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin sabah Leninqrad blokadasının yarılmasının 80 illiyi şərəfinə keçiriləcək tədbirlərdə Ukraynaya tam müharibə və ya yeni səfərbərlik dalğası elan edə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Xəbər lenti
0