Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyədə 2022-ci ildə yaşamaq üçün icazələrin böyük hissəsi rusiyalılara verilib

© AFP 2024 / OZAN KOSEİstanbula mənzərə, arxiv şəkli
İstanbula mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.01.2023
Abunə olmaq
Rusiya Federasiyasının 153 mindən çox vətəndaşı Türkiyədə yaşamaq üçün icazə alıb, onlardan sonra ikinci yerdə 131 min İraq vətəndaşı və 100 mindən çox suriyalı qərarlaşıb.
BAKI, 16 yanvar — Sputnik. Ötən il Türkiyədə yaşamaq üçün icazələrin sayına görə əcnəbilər arasında birinci yeri rusiyalılar tutublar. Bu barədə Türkiyə Miqrasiya Agentliyi məlumat yayıb.
RİA Novosti-nin əldə etdiyi statistikaya görə, 2022-ci ildə Türkiyədə yaşamaq üçün icazəsi olan əcnəbilərin ümumi sayı 1 milyon 354 min nəfərdən çox olub.
Rusiya Federasiyasının 153 mindən çox vətəndaşı Türkiyədə yaşamaq üçün icazə alıb, onlardan sonra ikinci yerdə 131 min İraq vətəndaşı və 100 mindən çox suriyalı qərarlaşıb. Ukraynadan yaşamaq üçün icazə almış 47 mindən çox mühacir var. Eyni zamanda, bir ilə qədər qısa müddətə verilən turistik yaşayış icazəsinə əsasən, 132 mindən çox rusiyalı Türkiyədədir.
Azərbaycan Türkiyədə qohumluq əlaqələri və ya təhsil əsasında verilən yaşamaq üçün icazələrin sayına görə liderdir.
Əcnəbilərin maksimum sayı İstanbulda - 706 mindən çox, o cümlədən Antalyada - 158 mindən çox qeydə alınıb.
Eyni zamanda, Türkiyədə qanuni yaşayan əcnəbilərin ümumi sayı 2021-ci illə müqayisədə 40 min nəfər artıb.
Daha əvvəl bildirilmişdi ki, Türkiyədə 3,5 milyondan çox suriyalı yaşayır.
Xəbər lenti
0