Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Özbəkistan diplomatları Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

© AFP 2024 / WAKIL KOHSARKabil şəhərinə mənzərə
Kabil şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 16.01.2023
Abunə olmaq
Tərəflər həmçinin Əfqanıstan məsələsinə həsr olunmuş müxtəlif təşəbbüslər və platformalar çərçivəsində qarşıdan gələn beynəlxalq tədbirlərə dair fikir mübadiləsi aparıblar.
BAKI, 16 yanvar — Sputnik. Özbəkistan Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmatulla İrqaşev və Rusiyanın bu ölkədəki səfiri Oleq Malqinov Əfqanıstandakı vəziyyətin nizamlanması üçün 2023-cü ildə qarşıda duran vəzifələri müzakirə ediblər. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
"Tərəflər həmçinin Əfqanıstan məsələsinə həsr olunmuş müxtəlif təşəbbüslər və platformalar çərçivəsində qarşıdan gələn beynəlxalq tədbirlərə dair fikir mübadiləsi aparıblar", - XİN-in bəyanatında deyilir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, diplomatlar Əfqanıstandakı vəziyyətin nizamlanması üçün mümkün birgə fəaliyyətləri də müzakirə ediblər.
2021-ci il avqustun əvvəlində Taliban (Taliban hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini bəyan edib. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə ediliblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.
Sentyabrın əvvəlində Talibanın ilk hakimiyyəti dövründə Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışmış və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.
Xəbər lenti
0