https://sputnik.az/20230116/rusiya-ile-qerb-arasindaki-munasibetlerin-normallasacagini-gozlemek-mumkun-deyil-450707428.html
Rusiya ilə Qərb arasındakı münasibətlərin normallaşacağını gözləmək mümkün deyil
Rusiya ilə Qərb arasındakı münasibətlərin normallaşacağını gözləmək mümkün deyil
Sputnik Azərbaycan
NATO-nun baş katibi Ukraynaya yeni silah tədarükünə ümid edəcəyini söyləyib. 16.01.2023, Sputnik Azərbaycan
2023-01-16T14:37+0400
2023-01-16T14:37+0400
2023-01-16T14:37+0400
rusiya
nato
yens stoltenberq
baş katibi yens stoltenberq
rusiyanın baş məşqçisi leonid slutski
leonid slutski
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/01/15/438368918_0:0:3284:1847_1920x0_80_0_0_5fb5734f2b05c253e5e087effd230d3c.jpg
BAKI, 16 yanvar — Sputnik. Ukrayna münaqişəsi bitdikdən sonra da Qərblə Rusiya arasında münasibətlərin normallaşacağını gözləməyə dəyməz. "İzvestiya" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Almaniyanın "Handelsblatt" qəzetinə müsahibəsində o, deyib: "Əvvəlki kimi olmayacaq. Ukraynada silahlar sussa belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik". NATO-nun baş katibi, Qərb dövlətlərinin tezliklə Ukraynaya ağır silahların tədarükünü artıracağına inanır. Stoltenberqin sözlərinə görə, NATO müttəfiqləri Ukraynanın Alman "Leopard 2" kimi döyüş tanklarına ehtiyacı olduğunu bilirlər. Bu, yaxın günlərdə Ramştayn (Almaniyadakı Amerika aviabazası) toplantısında müzakirə olunacaq mövzulardan biridir. O, Almaniya və ABŞ-ın zirehli transportyorların tədarükü ilə bağlı qərarını, eləcə də Fransanın yüngül döyüş tanklarının tədarükü ilə bağlı razılaşmasını alqışlayıb. Stoltenberq Ramştayndə digər müttəfiqlərin də yeni yardımlar elan edəcəklərinə əmindir. "Ukraynanın qalib gəlməsi və müstəqil dövlətin mövcudluğunu davam etdirməsi üçün onu lazım olan silahlarla təmin etməyimiz vacibdir. Bu, paradoksal görünə bilər, lakin Ukraynaya hərbi dəstək sülhə aparan ən sürətli yoldur", - deyə NATO-nun baş katibi bildirib. Rus deputatın cavabı Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Stoltenberqin sözlərini şərh edərkən deyib ki, qan tökülməsinin nizamlanması və dayandırılması kollektiv Qərbin can atdığı məqsəd deyil. Bu barədə o, özünün "Telegram" kanalında yazıb. "Amma etiraf etmək lazımdır ki, həqiqətən də əvvəlki kimi olmayacaq! Biz artıq keçmiş Qərb tərəfdaşlarımızla Rusiyanın maraqlarının zərərinə heç bir kompromislərə imkan verməyəcəyik! Biz XHƏ-nin bütün məqsədlərinə nail olacaq, suverenliyi qoruyub saxlayacaq və öz yolumuzla gedəcəyik!" – deyə Slutski qeyd edib. O əlavə edib ki, Qərbin xəyali dəstəyi və lütfü pulsuz pendiri və ya peçenyesi olan siçan tələsi ilə eynidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/15/438368918_553:0:3284:2048_1920x0_80_0_0_bfc311675768f5cb6d9d3ba48e371d58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, yens stoltenberq, baş katibi yens stoltenberq, rusiyanın baş məşqçisi leonid slutski, leonid slutski, ukrayna
nato, yens stoltenberq, baş katibi yens stoltenberq, rusiyanın baş məşqçisi leonid slutski, leonid slutski, ukrayna
Rusiya ilə Qərb arasındakı münasibətlərin normallaşacağını gözləmək mümkün deyil
NATO-nun baş katibi Ukraynaya yeni silah tədarükünə ümid edəcəyini söyləyib.
BAKI, 16 yanvar — Sputnik. Ukrayna münaqişəsi bitdikdən sonra da Qərblə Rusiya arasında münasibətlərin normallaşacağını gözləməyə dəyməz.
"İzvestiya" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Almaniyanın "Handelsblatt" qəzetinə müsahibəsində o, deyib: "Əvvəlki kimi olmayacaq. Ukraynada silahlar sussa belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik".
NATO-nun baş katibi, Qərb dövlətlərinin tezliklə Ukraynaya ağır silahların tədarükünü artıracağına inanır. Stoltenberqin sözlərinə görə, NATO müttəfiqləri Ukraynanın Alman "Leopard 2" kimi döyüş tanklarına ehtiyacı olduğunu bilirlər.
Bu, yaxın günlərdə Ramştayn (Almaniyadakı Amerika aviabazası) toplantısında müzakirə olunacaq mövzulardan biridir. O, Almaniya və ABŞ-ın zirehli transportyorların tədarükü ilə bağlı qərarını, eləcə də Fransanın yüngül döyüş tanklarının tədarükü ilə bağlı razılaşmasını alqışlayıb. Stoltenberq Ramştayndə digər müttəfiqlərin də yeni yardımlar elan edəcəklərinə əmindir.
"Ukraynanın qalib gəlməsi və müstəqil dövlətin mövcudluğunu davam etdirməsi üçün onu lazım olan silahlarla təmin etməyimiz vacibdir. Bu, paradoksal görünə bilər, lakin Ukraynaya hərbi dəstək sülhə aparan ən sürətli yoldur", - deyə NATO-nun baş katibi bildirib.
Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Stoltenberqin sözlərini şərh edərkən deyib ki, qan tökülməsinin nizamlanması və dayandırılması kollektiv Qərbin can atdığı məqsəd deyil. Bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"Amma etiraf etmək lazımdır ki, həqiqətən də əvvəlki kimi olmayacaq! Biz artıq keçmiş Qərb tərəfdaşlarımızla Rusiyanın maraqlarının zərərinə heç bir kompromislərə imkan verməyəcəyik! Biz XHƏ-nin bütün məqsədlərinə nail olacaq, suverenliyi qoruyub saxlayacaq və öz yolumuzla gedəcəyik!" – deyə Slutski qeyd edib.
O əlavə edib ki, Qərbin xəyali dəstəyi və lütfü pulsuz pendiri və ya peçenyesi olan siçan tələsi ilə eynidir.