https://sputnik.az/20230115/qerbin-her-hucumundan-sonra-rusiya-daha-da-guclenir-450683474.html
Qərbin hər hücumundan sonra Rusiya daha da güclənir
Qərbin hər hücumundan sonra Rusiya daha da güclənir
Sputnik Azərbaycan
Analitikin qənaətinə görə, hazırda Vaşinqton Kiyev rejimi vasitəsilə hücuma keçdiyi üçün Moskva Böyük Avrasiya siyasətindən ABŞ-ın hegemonluğunun əsaslarını və... 15.01.2023, Sputnik Azərbaycan
2023-01-15T21:23+0400
2023-01-15T21:23+0400
2023-01-15T21:50+0400
rusiya
rusiya
qərb
hücum
https://cdnn1.img.sputnik.az/img/07e6/02/03/438796065_0:15:3588:2033_1920x0_80_0_0_9b9e836b9404128b9996c5f42c5cde22.jpg
BAKI, 15 yanvar — Sputnik. Rusiya son bir neçə yüz ildə Qərbin bir neçə hücumunu dəf edib və bu, onu daha da gücləndirib. Bunu Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Bercan Tutar yazıb. "Son 300 ildə Rusiya 5 dəfə Qərbin hücumuna məruz qalıb. Lakin bütün bu hücumlar Rusiyanı daha da gücləndirib", - müəllif qeyd edib. İlk hücum, müəllifə görə, 1812-ci il müharibəsidir. Napoleon üzərində qələbədən sonra cəmiyyətdə üstünlük təşkil edən fransız mədəniyyəti arxa plana keçməyə başladı öz yerini rus mədəniyyətinə və anti-Qərb əhval-ruhiyyəsinə verdi. İkinci hücum 1917-ci il inqilabıdır. Müəllif Qərbin rəhbərlik etdiyi Ağ Qvardiyanın inqilabı yatırmağa çalışdığını iddia edir. Bolşeviklərin qələbəsi dövlətin diqqətini beynəlmiləlçi siyasətə yönəltməyə imkan verdi. Üçüncü və dördüncü hücumlar Böyük Vətən Müharibəsi və Soyuq Müharibədir. Tutarın fikrincə, Qərbin Rusiyaya qarşı son hücumu Ukraynanın rusiyapərəst prezidentinin ABŞ və Avropa tərəfindən devrilməsi olub. Daha sonra xüsusi hərbi əməliyyata başlayan Moskva “qlobal status-kvonu” sarsıtdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/03/438796065_228:0:2959:2048_1920x0_80_0_0_66f2f04c17aa57aa5ebefa7e763981f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, qərb, hücum
Qərbin hər hücumundan sonra Rusiya daha da güclənir
21:23 15.01.2023 (Yenilənib: 21:50 15.01.2023) Analitikin qənaətinə görə, hazırda Vaşinqton Kiyev rejimi vasitəsilə hücuma keçdiyi üçün Moskva Böyük Avrasiya siyasətindən ABŞ-ın hegemonluğunun əsaslarını və yeganə supergüc statusunu sarsıtmaq üçün istifadə edir.
BAKI, 15 yanvar — Sputnik. Rusiya son bir neçə yüz ildə Qərbin bir neçə hücumunu dəf edib və bu, onu daha da gücləndirib. Bunu Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Bercan Tutar yazıb.
"Son 300 ildə Rusiya 5 dəfə Qərbin hücumuna məruz qalıb. Lakin bütün bu hücumlar Rusiyanı daha da gücləndirib", - müəllif qeyd edib.
İlk hücum, müəllifə görə, 1812-ci il müharibəsidir. Napoleon üzərində qələbədən sonra cəmiyyətdə üstünlük təşkil edən fransız mədəniyyəti arxa plana keçməyə başladı öz yerini rus mədəniyyətinə və anti-Qərb əhval-ruhiyyəsinə verdi.
İkinci hücum 1917-ci il inqilabıdır. Müəllif Qərbin rəhbərlik etdiyi Ağ Qvardiyanın inqilabı yatırmağa çalışdığını iddia edir. Bolşeviklərin qələbəsi dövlətin diqqətini beynəlmiləlçi siyasətə yönəltməyə imkan verdi.
Üçüncü və dördüncü hücumlar Böyük Vətən Müharibəsi və Soyuq Müharibədir.
Tutarın fikrincə, Qərbin Rusiyaya qarşı son hücumu Ukraynanın rusiyapərəst prezidentinin ABŞ və Avropa tərəfindən devrilməsi olub. Daha sonra xüsusi hərbi əməliyyata başlayan Moskva “qlobal status-kvonu” sarsıtdı.
"Qərbin hər müdaxilə cəhdindən sonra Rusiya yeni geosiyasi kimliklə hərəkət edib və güclənib. İndi Vaşinqton Kiyev rejimi vasitəsilə hücuma keçdiyi üçün Moskva Böyük Avrasiya siyasətindən ABŞ-ın hegemonluğunun əsaslarını və yeganə supergüc statusunu sarsıtmaq üçün istifadə edir”, - deyə analitik fikirlərini yekunlaşdırıb.