https://sputnik.az/20230115/qerb-olkeleri-riskle-uz-uze-rusiya-feal-ise-baslayir-450675496.html
Qərb ölkələri risklə üz-üzə: Rusiya fəal işə başlayır
Qərb ölkələri risklə üz-üzə: Rusiya fəal işə başlayır
Sputnik Azərbaycan
“The Wall Street Journal” yazır ki, cari ilin ikinci yarısında Rusiya və Ukraynanın atəş potensialı arasında təhlükəli fərq yarana bilər. 15.01.2023, Sputnik Azərbaycan
2023-01-15T12:43+0400
2023-01-15T12:43+0400
2023-01-15T12:43+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
qərb
ukrayna
xüsusi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449459837_0:87:2813:1669_1920x0_80_0_0_75a1b69306070f5e1e0b41e49b5f3c2a.jpg
BAKI, 15 yanvar - Sputnik. Qərb ölkələri Ukraynaya hərbi yardıma görə yayda sursatsız qalmaq riski ilə üzləşirlər, Rusiya isə əksinə, istehsalı genişləndirəcək. Bu barədə “The Wall Street Journal” hərbi ekspertlərə istinadən yazır. "Ukrayna ordusu Qərbin təchiz etdiyi artilleriya mərmilərindən ABŞ və müttəfiqlərinin istehsal etdiyindən təxminən iki dəfə tez istifadə edir. Bu sürətlə Kiyev bu yay və ya payızda ABŞ və Avropa ehtiyatlarını kritik səviyyəyə endirə bilər", - nəşr qeyd edir. Eyni zamanda, materialda qeyd olunur ki, Rusiya isə əksinə, silah istehsalını artırmaq üçün fəal işə başlayacaq. ABŞ və Avropa yeni istehsal xətlərinə sərmayə qoyur, lakin bunun gələn ilə qədər çox dəyişiklik gətirməsi çətin ki, mümkün olsun. Cari ilin ikinci yarısında Rusiya və Ukraynanın atəş gücü arasında potensial təhlükəli fərq yaranacaq. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449459837_236:0:2577:1756_1920x0_80_0_0_5a0eb315d7b7fc77ca65374bf8b0512b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, qərb, ukrayna, xüsusi əməliyyat
rusiya, qərb, ukrayna, xüsusi əməliyyat
Qərb ölkələri risklə üz-üzə: Rusiya fəal işə başlayır
“The Wall Street Journal” yazır ki, cari ilin ikinci yarısında Rusiya və Ukraynanın atəş potensialı arasında təhlükəli fərq yarana bilər.
BAKI, 15 yanvar - Sputnik. Qərb ölkələri Ukraynaya hərbi yardıma görə yayda sursatsız qalmaq riski ilə üzləşirlər, Rusiya isə əksinə, istehsalı genişləndirəcək. Bu barədə “The Wall Street Journal” hərbi ekspertlərə istinadən yazır.
"Ukrayna ordusu Qərbin təchiz etdiyi artilleriya mərmilərindən ABŞ və müttəfiqlərinin istehsal etdiyindən təxminən iki dəfə tez istifadə edir. Bu sürətlə Kiyev bu yay və ya payızda ABŞ və Avropa ehtiyatlarını kritik səviyyəyə endirə bilər", - nəşr qeyd edir.
Eyni zamanda, materialda qeyd olunur ki, Rusiya isə əksinə, silah istehsalını artırmaq üçün fəal işə başlayacaq.
ABŞ və Avropa yeni istehsal xətlərinə sərmayə qoyur, lakin bunun gələn ilə qədər çox dəyişiklik gətirməsi çətin ki, mümkün olsun. Cari ilin ikinci yarısında Rusiya və Ukraynanın atəş gücü arasında potensial təhlükəli fərq yaranacaq.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.