Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Nepal prezidentinə başsağlığı verib

© Sputnik / POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.01.2023
Abunə olmaq
Bazar günü Katmandudan uçan Yeti Hava Yollarına məxsus ATR 72 sərnişin təyyarəsi Pokxarada köhnə və yeni hava limanı arasında qəzaya uğrayıb.
BAKI, 15 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Nepal Prezidenti Bidhya Devi Bhandariyə Pokxara şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğramasının faciəvi nəticələri ilə əlaqədar başsağlığı verib. Teleqram Kremlin saytında dərc olunub.
Daha əvvəl bildirilmişdi ki, Katmandudan uçan Yeti Hava Yollarına məxsus ATR 72 turbovintli sərnişin təyyarəsi bazar günü Pokxarada köhnə və yeni hava limanı arasında qəzaya uğrayıb.
Aviaşirkət nümayəndəsinin sözlərinə görə, təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub. Fövqəladə vəziyyətin səbəbləri araşdırılır.
Rusiyanın Nepaldakı səfirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 4 rusiyalı olub.
France-Presse agentliyi yerli rəsmiyə istinadən məlumat yayıb ki, Nepalda qəzaya uğrayan təyyarənin göyərtəsində olan bir neçə nəfər sağ qalıb.

“Hörmətli xanım Prezident, Pokxara şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğramasının faciəvi nəticələri ilə bağlı dərin hüznlə başsağlığımızı qəbul edin. Zəhmət olmasa, bu dəhşətli təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərini çatdırasınız”, - Rusiya Federasiyası Prezidentinin teleqramının mətnində deyilir.

Nepal hökuməti göyərtəsində 72 nəfərin olduğu təyyarənin qəzaya uğraması ilə əlaqədar bazar ertəsi günü matəm elan edib.
Xəbər lenti
0