Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nepalda qəzaya uğrayan təyyarənin göyərtəsində rusiyalılar da olub - KİV

© AFP 2024 / KRISHNA MANI BARALNepalda qəzaya uğrayan təyyarə
Nepalda qəzaya uğrayan təyyarə - Sputnik Azərbaycan, 1920, 15.01.2023
Abunə olmaq
Rusiyanın Nepaldakı səfirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində rusiyalıların da olduğu barədə xəbər yayıb.
BAKI, 15 yanvar - Sputnik. Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. Bu barədə RİA Novosti Hindistan mediasına istinadən xəbər yayıb.
Yerli hakimiyyət nümayəndələrinin verdiyi xəbərə görə, bazar günü köhnə və yeni Pokhara hava limanı arasında ATR 72 turbovintli sərnişin təyyarəsi qəzaya uğrayıb.
"Yeti Airlines" aviaşirkətinə məxsus təyyarə Katmandudan Poxaraya uçub. Aviaşirkət nümayəndəsinin sözlərinə görə, təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub.
Hazırda fövqəladə hadisənin səbəbləri araşdırılır.
Rusiyanın Nepaldakı səfirliyinin məlumatına görə, təyyarənin göyərtəsində dörd rusiyalı da olub.
“Təyyarənin göyərtəsində 72 nəfər, o cümlədən 4 ekipaj üzvü, 68 sərnişin olub, onlardan bizdə olan məlumata görə, dördü ölkəmizin (Rusiya - red.) vətəndaşıdır”, - deyə agentliyin mənbəsi bildirib.
Onun sözlərinə görə, səfirlik onların taleyini öyrənir.
"Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub", - deyə kanalın diktoru bildirib.
Daha əvvəl telekanal qəza nəticəsində 45 nəfərin öldüyü barədə məlumat vermişdi.
Xəbər lenti
0