https://sputnik.az/20230115/gurcustan-ukraynaya-herbi-yardim-gostermeyecek---bas-nazirinin-muavini-450684224.html
Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək - baş nazirinin müavini
Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək - baş nazirinin müavini
Sputnik Azərbaycan
Bir müddət əvvəl Gürcüstanın Müdafiə Nazirliyi bəyan etmişdi ki, Kiyevin 2007-ci ildə Tbilisiyə təhvil verdiyi "Buk" zenit-raket kompleksləri Ukraynaya... 15.01.2023, Sputnik Azərbaycan
2023-01-15T13:06+0400
2023-01-15T13:06+0400
2023-01-15T13:07+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
gürcüstan
ukrayna
hərbi
yardım
https://cdnn1.img.sputnik.az/img/40603/87/406038793_24:0:1174:647_1920x0_80_0_0_e9c8ba748311c7366123aba64f6229bf.jpg
BAKI, 15 yanvar — Sputnik.Tbilisi Kiyevə hərbi yardım göstərməyəcək, çünki o, münaqişəyə qarışmaq istəmir. Bu barədə Gürcüstanın baş nazirinin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani jurnalistlərə bildirib. Baş nazirin müavini qeyd edib ki, ölkə çoxsaylı silahlı münaqişələr yaşayıb, ona görə də Gürcüstan hakimiyyətinin vəzifəsi bunun bir daha baş verməsinin qarşısını almaqdır. Bundan əvvəl Gürcüstanın Müdafiə Nazirliyi bəyan etmişdi ki, Kiyevin 2007-ci ildə Tbilisiyə təhvil verdiyi "Buk" zenit-raket komplekslərini qaytarmayacaq.Gürcüstan hakimiyyəti Tbilisinin hava hücumundan müdafiə sistemini təmənnasız deyil, çoxmilyonluq sövdələşmə əsasında aldığını vurğulayıb.Departament onu da əlavə edib ki, Gürcüstan Rusiya ilə münaqişədə tərəf olmaq istəmədiyi üçün Ukraynaya silah tədarük etməyəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40603/87/406038793_167:0:1030:647_1920x0_80_0_0_172328ca8d82e60156a9c6be326a9898.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gürcüstan, ukrayna, hərbi, yardım
gürcüstan, ukrayna, hərbi, yardım
Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək - baş nazirinin müavini
13:06 15.01.2023 (Yenilənib: 13:07 15.01.2023) Bir müddət əvvəl Gürcüstanın Müdafiə Nazirliyi bəyan etmişdi ki, Kiyevin 2007-ci ildə Tbilisiyə təhvil verdiyi "Buk" zenit-raket kompleksləri Ukraynaya qaytarılmayacaq.
BAKI, 15 yanvar — Sputnik.Tbilisi Kiyevə hərbi yardım göstərməyəcək, çünki o, münaqişəyə qarışmaq istəmir. Bu barədə Gürcüstanın baş nazirinin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani jurnalistlərə bildirib.
“Gürcüstan hakimiyyəti Gürcüstan dövlətinin hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək. Təbii ki, biz qarşıdurmanın tərəflərindən birinə hərbi yardım göstərə bilməyəcəyik”, - deyə o bildirib.
Baş nazirin müavini qeyd edib ki, ölkə çoxsaylı silahlı münaqişələr yaşayıb, ona görə də Gürcüstan hakimiyyətinin vəzifəsi bunun bir daha baş verməsinin qarşısını almaqdır.
Bundan əvvəl Gürcüstanın Müdafiə Nazirliyi bəyan etmişdi ki, Kiyevin 2007-ci ildə Tbilisiyə təhvil verdiyi "Buk" zenit-raket komplekslərini qaytarmayacaq.
Gürcüstan hakimiyyəti Tbilisinin hava hücumundan müdafiə sistemini təmənnasız deyil, çoxmilyonluq sövdələşmə əsasında aldığını vurğulayıb.
Departament onu da əlavə edib ki, Gürcüstan Rusiya ilə münaqişədə tərəf olmaq istəmədiyi üçün Ukraynaya silah tədarük etməyəcək.