Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Rusiyanın hücumuna görə Kiyevi müasir silahlarla təmin etməyə çalışır

© AP Photo / Mindaugas KulbisTank Abrams
Tank Abrams - Sputnik Azərbaycan, 1920, 14.01.2023
Abunə olmaq
Ukraynanın yazda gözlənilən Rusiya hücumunu dəf etməyə hazırlaşmaq üçün məhdud imkanları var.
BAKI, 14 yanvar — Sputnik. Qərb ölkələri Rusiya qoşunlarının yazda hücuma başlamasından ehtiyat edərək, Ukraynaya müasir silahları və xüsusən də tankları sürətlə ötürməyə çalışırlar. Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunub ki, Qərb rəsmiləri getdikcə daha çox narahat olurlar: "Ukraynanın yazda gözlənilən Rusiya hücumunu dəf etməyə hazırlaşmaq üçün məhdud imkanları var. Nəşr qeyd edir ki, Kiyevin tərəfdaşları Moskvanı təxribata çəkməkdən ehtiyat edərək əvvəllər tədarükdən imtina etdikləri müasir silahları ötürməyə can atırlar".
Nümunə kimi qəzet ABŞ-ın "Patriot" raket əleyhinə müdafiə sistemlərinin tədarükü, eləcə də bir sıra Qərb ölkələrinin Kiyevə tank göndərmək niyyətini göstərir. Nəşrin yazdığına görə, Ukrayna Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatının ilk günlərindən ona tankların ötürülməsini xahiş etsə də, bu proses yalnız bu həftə sürətlənib. Britaniya və Polşanın hakimiyyət orqanları tankların göndərilməsi məsələsində Qərb ölkələrinin alyansını mövqeyini dəyişməyə çağırıblar.
"Qərb NATO-nu Rusiya ilə birbaşa münaqişəyə soxacağından qorxaraq ən güclü silahlarından bəzilərini Ukraynaya vermək fikrinə qarşı çıxıb. Lakin Ukraynanın müqavimət göstərmək əzmini, tezliklə sülh danışıqlarının başlaması ehtimalının aşağı olduğunu və döyüşlərin dalana dirəndiyini görərək, NATO geri çəkilir", - qəzet yazır.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0