Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Suiti cəsədlərinin bir hissəsi Rusiya tərəfindən axıntılar vasitəsilə gəlib

© AP Photo / RU-RTR Russian TelevisionSuiti cəsədləri
Suiti cəsədləri - Sputnik Azərbaycan, 1920, 13.01.2023
Abunə olmaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin suitilərin cəsədindən götürdüyü laborator nümunələrin cavablarının əldə olunması üçün müəyyən vaxt lazımdır.
BAKI, 13 yanvar — Sputnik. Xəzər dənizinin su səviyyəsinin artıb-azalması ona xas olan məsələdir. Lakin son illər su səviyyəsinin azalması daha uzun müddət çəkir.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, su səviyyəsinin enməsi fəaliyyət istiqamətləri dənizə bağlı olan sahələrə mənfi təsir göstərir: "Eyni zamanda bu, Xəzər dənizinin temperaturunun artmasına səbəb olur ki, nəticədə su bioresurslarının sayı azalır".
Qoruqlarda, milli parklarda və meşəlik ərazilərdə 2022-ci ildə yanğınlar baş verib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, bunlar insan faktoru, məsuliyyətsizlik nəticəsində baş verən yanğınlardır:
"Bununla bağlı nazirlik tərəfindən müəyyən tədbirlər görülür. Ərazidə su ehtiyatları yaradılır, yeni yanğınsöndürən avandanlıqlar alınıb. Bundan başqa, meşələrdə yolların, cığırların hazırlanması istiqamətində işlər görülür. Bizim xidmət tərəfindən müəyyən əməkdaşlara yeni motosikletlər alınıb. Onlar əraziyə tez getməyə kömək edir".
Xəzər dənizinin şimal sahillərində suitilərin ölməsinin səbəbi araşdırılır
Bundan başqa, F.Əliyev bildirib ki, Xəzər dənizinin şimal sahillərində suitilərin ölməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Onun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin götürdüyü laborator nümunələrin cavablarının əldə olunması üçün müəyyən vaxt lazımdır:
"Suiti cəsədlərinin bir hissəsi Rusiya tərəfindən axıntılar vasitəsilə gəlib, bir qismi isə Azərbaycan sahillərində aşkar edilib. İlkin qeyd edilən ehtimal suitilərin zəhərlənməsi ilə bağlı idi. Lakin dəqiq cavab analizlərin nəticələrindən sonra bilinəcək".
"Qeyd etmək istəyirəm ki, burada hər hansı brakonyerlik halı və fiziki zədəyə rast gəlinməyib. Suiti cəsədləri uzun müddət dənizdə qalmışdı və cürümə mərhələsində idi. Rusiya tərəfindən bizə verilən məlumata görə, suitilərin ölümünə zəhərlənmə səbəb olub", - deyə o əlavə edib.
Bəsitçay qoruğunun bərpası ilə əlaqədar 30 hektara yaxın ərazi minalardan təmizlənib
F.Əliyev qeyd edib ki, hazırda ilkin araşdırmalar aparılıb və dəymiş ziyan müəyyən edilib: "Minalar təmizləndikcə həmin qoruğun bərpası aparılacaq. Artıq qoruğun ştat cədvəli və digər sənədlər hazırlanıb".
Xəbər lenti
0