https://sputnik.az/20230113/slutski-abs-in-cehdlerini-heyasizliq-adlandirdi-450626764.html
Slutski ABŞ-ın cəhdlərini həyasızlıq adlandırdı
Slutski ABŞ-ın cəhdlərini həyasızlıq adlandırdı
Sputnik Azərbaycan
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri bildirib ki, ABŞ Rusiya ilə dostluq əlaqələrini pozmaq üçün Serbiyanı həyasızcasına şantaj... 13.01.2023, Sputnik Azərbaycan
2023-01-13T21:50+0400
2023-01-13T21:50+0400
2023-01-13T21:50+0400
abş
rusiya
slutski
leonid slutski
https://cdnn1.img.sputnik.az/img/42266/51/422665190_0:0:2934:1651_1920x0_80_0_0_39f514d5198d06a0de7e59cc18817cdd.jpg
BAKI, 13 yanvar — Sputnik. ABŞ-ın Serbiyanı Rusiya ilə tərəfdaşlığı pozmağa məcbur etmək cəhdləri "qeyri-adi həyasızlıqdır", serblər kimin dost, kimin düşmən olduğunu anlamaq üçün keçmişi yaxşı xatırlayırlar. Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ABŞ Dövlət Departamentinin müşaviri Derek Şollenin Moskvaya qarşı sanksiyalar tətbiq etmək üçün Belqrada çağırışını şərh edərkən deyib. "ABŞ Rusiya ilə dostluq əlaqələrini pozmaq üçün Serbiyanı həyasızcasına şantaj etməkdə davam edir. ABŞ Dövlət Departamentinin müşaviri Derek Şolle Belqrada səfəri zamanı Serbiya hakimiyyətini Moskvaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Əminəm ki, serblər keçmişi yaxşı xatırlayırlar və kimin dost, kimin qoyun dərisini geymiş canavar olduğunu anlamaq üçün təhlil etməyi bacarırlar. Bu cür çağırışlara təslim olmaq suverenliyin itirilməsi istiqamətində addım atmaq və əslində ABŞ-ın Avropadakı böyük koloniyasına qoşulmaq deməkdir", - Slutski "Telegram" kanalında yazıb. Deputat, həmçinin Serbiyanı Rusiya ilə əsrlik tərəfdaşlığı pozmağa məcbur etmək cəhdlərini amerikalı diplomatın "qeyri-adi həyasızlığı" adlandırıb. "Vaşinqton sırf öz məqsədləri üçün Moskvaya təzyiqi artırmaq üçün müttəfiq adlandırdığı şəxslərin qollarını burmaqda davam edir", - parlamentari vurğulayıb. Bir gün əvvəl Serbiyaya səfəri zamanı Şolle ölkə hakimiyyətini inkişafını davam etdirmək üçün Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qərar verməyə çağırıb. Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiyaya qarşı sanksiyaların "iki ağızlı qılınc" olduğunu deyib. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra Vuçiç Təhlükəsizlik Şurasının iclasından sonra xalqa müraciətində Serbiyanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcəyini bildirib. Prezident bildirib ki, respublika bütün xarici tərəfdaşlarla ordu və polis təlimlərini müvəqqəti dayandırır. O qeyd edib ki, Serbiya Rusiya və Ukraynanı qardaş dövlətlər hesab edir, Avropanın şərqində baş verənlərdən təəssüflənir və Kiyevə humanitar yardım göstərməyə hazırdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42266/51/422665190_203:0:2934:2048_1920x0_80_0_0_07e5183e8b078a9f5cb968e074800b4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, slutski, leonid slutski
abş, slutski, leonid slutski
Slutski ABŞ-ın cəhdlərini həyasızlıq adlandırdı
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri bildirib ki, ABŞ Rusiya ilə dostluq əlaqələrini pozmaq üçün Serbiyanı həyasızcasına şantaj etməkdə davam edir.
BAKI, 13 yanvar — Sputnik. ABŞ-ın Serbiyanı Rusiya ilə tərəfdaşlığı pozmağa məcbur etmək cəhdləri "qeyri-adi həyasızlıqdır", serblər kimin dost, kimin düşmən olduğunu anlamaq üçün keçmişi yaxşı xatırlayırlar.
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ABŞ Dövlət Departamentinin müşaviri Derek Şollenin Moskvaya qarşı sanksiyalar tətbiq etmək üçün Belqrada çağırışını şərh edərkən deyib.
"ABŞ Rusiya ilə dostluq əlaqələrini pozmaq üçün Serbiyanı həyasızcasına şantaj etməkdə davam edir. ABŞ Dövlət Departamentinin müşaviri Derek Şolle Belqrada səfəri zamanı Serbiya hakimiyyətini Moskvaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Əminəm ki, serblər keçmişi yaxşı xatırlayırlar və kimin dost, kimin qoyun dərisini geymiş canavar olduğunu anlamaq üçün təhlil etməyi bacarırlar. Bu cür çağırışlara təslim olmaq suverenliyin itirilməsi istiqamətində addım atmaq və əslində ABŞ-ın Avropadakı böyük koloniyasına qoşulmaq deməkdir", - Slutski "Telegram" kanalında yazıb.
Deputat, həmçinin Serbiyanı Rusiya ilə əsrlik tərəfdaşlığı pozmağa məcbur etmək cəhdlərini amerikalı diplomatın "qeyri-adi həyasızlığı" adlandırıb.
"Vaşinqton sırf öz məqsədləri üçün Moskvaya təzyiqi artırmaq üçün müttəfiq adlandırdığı şəxslərin qollarını burmaqda davam edir", - parlamentari vurğulayıb.
Bir gün əvvəl Serbiyaya səfəri zamanı Şolle ölkə hakimiyyətini inkişafını davam etdirmək üçün Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qərar verməyə çağırıb. Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiyaya qarşı sanksiyaların "iki ağızlı qılınc" olduğunu deyib.
Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra Vuçiç Təhlükəsizlik Şurasının iclasından sonra xalqa müraciətində Serbiyanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcəyini bildirib. Prezident bildirib ki, respublika bütün xarici tərəfdaşlarla ordu və polis təlimlərini müvəqqəti dayandırır. O qeyd edib ki, Serbiya Rusiya və Ukraynanı qardaş dövlətlər hesab edir, Avropanın şərqində baş verənlərdən təəssüflənir və Kiyevə humanitar yardım göstərməyə hazırdır.