Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Xarici İşlər Nazirliyi Teylor Dadlinin təhvil verildiyini təsdiqlədi

© AFP 2024 / DIMITAR DILKOFFRusiya Xarici İşlər Nazirliyi
Rusiya Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 13.01.2023
Abunə olmaq
Mənbə xatırladıb ki, Dadli ötən il aprelin 25-də Kalininqradda Rusiya-Polşa sərhədini qanunsuz keçdikdən sonra saxlanılıb.
BAKI, 13 yanvar — Sputnik. ABŞ vətəndaşı Teylor Dadli ölkədən çıxarılması üçün bütün zəruri prosedurları yerinə yetirdikdən sonra Rusiya-Polşa sərhədindəki Baqrationovsk keçid məntəqəsində Rusiyanı tərk edib.
"Ria Novosti" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyindəki mənbə təsdiqləyib.
"Teylor Dadlinin ölkədən çıxarılması üçün zəruri olan inzibati prosedurlar başa çatdıqdan sonra, bu il yanvarın 12-də o, Baqrationovsk avtomobil keçid məntəqəsinə aparılıb", - deyə mənbə jurnalistlərə bildirib.
Mənbə xatırladıb ki, Dadli ötən il aprelin 25-də Kalininqradda Rusiya-Polşa sərhədini qanunsuz keçdikdən sonra saxlanılıb.
Bir gün əvvəl CNN Dadli ailəsinin nümayəndəsinə istinadən xəbər vermişdi ki, Rusiya hakimiyyəti ABŞ-ın keçmiş dəniz piyadası Teylor Dadlini azad edib.
Telekanalın məlumatına görə, amerikalı Polşa ilə sərhədi keçərək Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardsona, onun komandasına və ABŞ-ın Varşavadakı səfirliyinin nümayəndəsinə təhvil verilib.
Xəbər lenti
0