https://sputnik.az/20230113/rusiya-mudafie-nazirliyi-soledari-nezarete-goturduyunu-aciqlayib-450632114.html
Rusiya Müdafiə Nazirliyi Soledarı nəzarətə götürdüyünü açıqlayıb
Rusiya Müdafiə Nazirliyi Soledarı nəzarətə götürdüyünü açıqlayıb
Sputnik Azərbaycan
"Vaqner" qrupunun yaradıcısı, iş adamı Yevgeni Priqojin Soledarın tam azad olunduğunu təsdiqləyib. 13.01.2023, Sputnik Azərbaycan
2023-01-13T15:58+0400
2023-01-13T15:58+0400
2023-01-13T15:58+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449459733_0:146:3124:1903_1920x0_80_0_0_281eeac6fab2b17922ebb713b1009e5c.jpg
BAKI, 13 yanvar — Sputnik. Rusiya qoşunları Ukraynanın Soledar şəhərini nəzarətə götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Yanvarın 12-də axşam saatlarında Soledar Rusiya qoşunları tərəfindən alınıb", - deyə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. "Vaqner" qrupunun yaradıcısı, iş adamı Yevgeni Priqojin Soledarın tam azad olunduğunu təsdiqləyib. Onun sözlərinə görə, mülki şəxslər şəhərdən çıxarılıb. İş adamı aydınlaşdırıb ki, rus qırıcıları təslim olmaq istəməyən 500 ukraynalı əsgəri məhv edib. Soledar Kiyev üçün strateji əhəmiyyət kəsb edir, o, Artemovsk-Seversk müdafiə xəttinin mərkəzində yerləşir. Burada Ukrayna hərbçiləri güclü müdafiə istehkamları qurmuşdular. Soledarın azad edilməsi Artemovsk ilə Seversk arasında birbaşa təminat yolunu kəsməyə, eləcə də şimal tərəfdən Artemovski mühasirəyə almağa imkan verəcək. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449459733_197:0:2928:2048_1920x0_80_0_0_74d7b323f177d16f1a76f5182f9dc072.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ukrayna
Rusiya Müdafiə Nazirliyi Soledarı nəzarətə götürdüyünü açıqlayıb
"Vaqner" qrupunun yaradıcısı, iş adamı Yevgeni Priqojin Soledarın tam azad olunduğunu təsdiqləyib.
BAKI, 13 yanvar — Sputnik. Rusiya qoşunları Ukraynanın Soledar şəhərini nəzarətə götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Yanvarın 12-də axşam saatlarında Soledar Rusiya qoşunları tərəfindən alınıb", - deyə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
"Vaqner" qrupunun yaradıcısı, iş adamı Yevgeni Priqojin Soledarın tam azad olunduğunu təsdiqləyib. Onun sözlərinə görə, mülki şəxslər şəhərdən çıxarılıb. İş adamı aydınlaşdırıb ki, rus qırıcıları təslim olmaq istəməyən 500 ukraynalı əsgəri məhv edib.
Soledar Kiyev üçün strateji əhəmiyyət kəsb edir, o, Artemovsk-Seversk müdafiə xəttinin mərkəzində yerləşir. Burada Ukrayna hərbçiləri güclü müdafiə istehkamları qurmuşdular.
Soledarın azad edilməsi Artemovsk ilə Seversk arasında birbaşa təminat yolunu kəsməyə, eləcə də şimal tərəfdən Artemovski mühasirəyə almağa imkan verəcək.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.