Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarovadan Ermənistana: sülhməramlılara qarşı açıq hücumlar və təxribatlar yolverilməzdir

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 12.01.2023
Abunə olmaq
XİN sözçüsü bildirib ki, Rusiya populizmlə məşğul olmaq niyyətində deyil, Laçın dəhlizi ətrafında situasiyanın həlli üçün əsaslı iş aparır.
BAKI, 12 yanvar — Sputnik. Moskva Rusiyanın Ermənistandakı mövcudluğunun İrəvan üçün təhlükə yarada biləcəyi ilə bağlı bəyanatları absurd hesab edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya populizmlə məşğul olmaq niyyətində deyil, Laçın dəhlizi ətrafında situasiyanın həlli üçün əsaslı iş aparır.

"Hazırda dəhlizdən humanitar yardım daşıyan karvanlar keçir. Bir daha qeyd etmək istərdik ki, sülhməramlılarımıza qarşı açıq hücumları və təxribatları yolverilməz hesab edirik, onlar bu regionda sülhün təminatçılarıdır. Bu cür hərəkətlər Ermənistan-Azərbaycan normallaşma prosesinə xeyli ziyan vura bilər", - deyə Zaxarova bildirib.

"Biz həm ikitərəfli münasibətləri, həm də KTMT, Aİİ, MDB-nin ümumi inteqrasiya birliklərində qarşılıqlı fəaliyyəti hərtərəfli gücləndirməyə davam etmək əzmindəyik. Bunun fonunda İrəvandan "Rusiyanın mövcudluğu təhlükəsizliyə bəzi təhdidlər yaradır" bəyanatları səsləndirilir. Bu absurddur", - Zaxarova fikirlərini tamamlayıb.
Xəbər lenti
0