https://sputnik.az/20230112/rusiya-turkiye-ve-suriya-xn-rehberlerinin-gorusu-fevralin-evvelinde-bas-tuta-biler-450606215.html
Rusiya, Türkiyə və Suriya XİN rəhbərlərinin görüşü fevralın əvvəlində baş tuta bilər
Rusiya, Türkiyə və Suriya XİN rəhbərlərinin görüşü fevralın əvvəlində baş tuta bilər
Sputnik Azərbaycan
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, XİN rəhbərlərinin görüşü fevralın əvvəlində baş tuta bilər, hələ ki, yekun tarix yoxdur. 12.01.2023, Sputnik Azərbaycan
2023-01-12T20:15+0400
2023-01-12T20:15+0400
2023-01-12T20:28+0400
suriya
rusiya
rusiya
türkiyə
xin rəhbərləri
https://cdnn1.img.sputnik.az/img/42404/31/424043110_0:320:3072:2048_1920x0_80_0_0_88db17e0443c123d45e0f24e5deeb794.jpg
BAKI, 12 yanvar — Sputnik. Rusiya, Türkiyə və Suriya XİN rəhbərlərinin görüşü fevralın əvvəlində baş tuta bilər, hələ ki, yekun tarix yoxdur. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib. "Biz tarix üzərində işləyirik, hələ yekun tarix yoxdur. Ola bilsin ki, fevralın əvvəlində. Rusiya tərəfinə təkliflərimiz var. Bunun üzərində işləyirik". Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı bildirib ki, Rusiya, Türkiyə və Suriya xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Faysal Mikdad arasında görüş hazırlanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl Suriya lideri Bəşər Əsədlə görüşə bilər. Bu barədə "Aydınlık" qəzeti çərşənbə axşamı öz mənbələrinə istinadən xəbər verir. Qəzet yazır: "Normallaşma prosesinin üçüncü mərhələsində Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında görüş gözlənilir". Nəşr onu da xatırladıb ki, daha əvvəl Ərdoğan normallaşma prosesini çox da uzatmaq istəmədiklərini və Əsədlə görüşə biləcəyini demişdi. Prezident Ərdoğanın may ayında keçirilməsi gözlənilən 2023-cü il seçkilərindən əvvəl Suriya lideri ilə görüşə biləcəyi ehtimal edilir. Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri dekabr ayında Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. KİV qeyd edir ki, Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqlar Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42404/31/424043110_203:0:2934:2048_1920x0_80_0_0_ed244045cfa9a2c5adf396a9b4b25762.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
suriya, rusiya, türkiyə, xin rəhbərləri
suriya, rusiya, türkiyə, xin rəhbərləri
Rusiya, Türkiyə və Suriya XİN rəhbərlərinin görüşü fevralın əvvəlində baş tuta bilər
20:15 12.01.2023 (Yenilənib: 20:28 12.01.2023) Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, XİN rəhbərlərinin görüşü fevralın əvvəlində baş tuta bilər, hələ ki, yekun tarix yoxdur.
BAKI, 12 yanvar — Sputnik. Rusiya, Türkiyə və Suriya XİN rəhbərlərinin görüşü fevralın əvvəlində baş tuta bilər, hələ ki, yekun tarix yoxdur. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib.
"Biz tarix üzərində işləyirik, hələ yekun tarix yoxdur. Ola bilsin ki, fevralın əvvəlində. Rusiya tərəfinə təkliflərimiz var. Bunun üzərində işləyirik".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı bildirib ki, Rusiya, Türkiyə və Suriya xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Faysal Mikdad arasında görüş hazırlanır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl Suriya lideri Bəşər Əsədlə görüşə bilər.
Bu barədə "Aydınlık" qəzeti çərşənbə axşamı öz mənbələrinə istinadən xəbər verir.
Qəzet yazır: "Normallaşma prosesinin üçüncü mərhələsində Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında görüş gözlənilir".
Nəşr onu da xatırladıb ki, daha əvvəl Ərdoğan normallaşma prosesini çox da uzatmaq istəmədiklərini və Əsədlə görüşə biləcəyini demişdi.
Prezident Ərdoğanın may ayında keçirilməsi gözlənilən 2023-cü il seçkilərindən əvvəl Suriya lideri ilə görüşə biləcəyi ehtimal edilir.
Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri dekabr ayında Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. KİV qeyd edir ki, Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqlar Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub.