Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Qızıl maska" laureatı Bakıda aktyorlara təlim keçəcək

© Photo : courtesy of Konstantin SoldatovКонстантин Солдатов
Константин Солдатов - Sputnik Azərbaycan, 1920, 12.01.2023
Abunə olmaq
Məşğələlər müəllim, aktyor, rejissor Konstantin Soldatov tərəfindən aparılacaq.
BAKI, 12 yanvar — Sputnik. Yanvarın 14-də "Ritual mobil teatr laboratoriyası"nın təqdimatında "Avatar" aktyor təlimi təşkil olunacaq. Məşğələlər müəllim, aktyor, rejissor Konstantin Soldatov tərəfindən aparılacaq.
"Oyunçunun ruhunun axtarışı" və "Özünütəqdimat, özünə kənardan baxış" mövzularını əhatə edəcək təlim iştirakçılara oyun əhval-ruhiyyəsinə qərq olmaq imkanı verəcək.
Qeyd edək ki, K.Soldatov Bakıda anadan olub, daha sonra Rusiyaya köçüb. Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, B.Şukin (Moskva) adına Teatr İnstitutunun müəllimidir. İki dəfə "Qızıl maska" teatr mükafatına namizəd olub.
Aktyorluq texnikasının müəllifi, Moskvada "Taqanka Teatrı", "Müasir Dram Məktəbi", "Meyerhold Mərkəzi" kimi layihələrin və Rusiyadan xaricdə 40-dan çox tamaşanın quruluşçu rejissorudur.
Xəbər lenti
0