https://sputnik.az/20230112/beynelxalq-teskilatlar-vasitesile-kasemi-azad-etmeye-calisacagiq---zaxarova-450594583.html
Beynəlxalq təşkilatlar vasitəsilə Kasemi azad etməyə çalışacağıq - Zaxarova
Beynəlxalq təşkilatlar vasitəsilə Kasemi azad etməyə çalışacağıq - Zaxarova
Sputnik Azərbaycan
Rusiya ümid edir ki, Kaseme qarşı siyasi motivli təqiblərə insan haqlarını müdafiə edən qeyri-hökumət təşkilatları layiqli cavab verəcək. 12.01.2023, Sputnik Azərbaycan
2023-01-12T15:58+0400
2023-01-12T15:58+0400
2023-01-12T15:58+0400
rusiya
rusiya
sputnik
həbs
litva
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087331_0:0:3089:1739_1920x0_80_0_0_cd0fbb70d10c7dcb0200a51f563b505a.jpg
BAKI, 12 yanvar — Sputnik. Rusiya BMT və ATƏT daxil olmaqla, müvafiq beynəlxalq təşkilatlar vasitəsilə "Sputnik Litva"nın baş redaktoru Marat Kasemi azad etməyə çalışacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün həftəlik brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya ümid edir ki, Kaseme qarşı siyasi motivli təqiblərə insan haqlarını müdafiə edən qeyri-hökumət təşkilatları layiqli cavab verəcək. "Latviyada siyasi terrora son qoyulmalı, Marat Kasem azadlığa buraxılmalı və öz peşə fəaliyyətini bərpa etməlidir", - o, fikirlərini tamamlayıb. Marat Kasem Latviya vətəndaşıdır, bir neçə il Moskvada yaşayıb və "Sputnik Litva"nın da daxil olduğu "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyində işləyib. Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib. "Sputnik Litva"nın məlumatına görə, o, saxlanılıb və yanvarın 5-də Riqa məhkəməsi onu həbs edib, jurnalist Riqa mərkəzi həbsxanasına köçürülüb. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Kasemin Latviyada saxlanması onun prinsiplərə sadiqliyinə görə diktatura rejimlərinin qisasıdır və müxalif fikirlərə qarşı terrordur.Rusiya Ombudsmanı Tatyana Moskalkova "Sputnik Litva"nın baş redaktorunun saxlanmasını söz azadlığına qəsd adlandırıb və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına müraciət edib. Rusiya Jurnalistlər Birliyinin rəhbəri Vladimir Solovyov vəziyyəti şərh edərkən RİA Novosti-yə bildirib ki, RJB bunu ən ciddi pozuntulardan biri hesab edir və baş verənlər barədə bütün beynəlxalq jurnalist hüquq müdafiə təşkilatlarına məlumat göndərəcək. "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov Kasemin saxlanması ilə bağlı danışarkən qeyd edib ki, BİA beynəlxalq ictimaiyyəti cavab verməyə və Kasemi azad etmək üçün mümkün olan hər şeyi etməyə çağıracaq.Kiselyov həbsi qeyri-qanuni adlandırıb və onun sözlərinə görə, həbs Avropa qanunsuzluğu şəraitində baş verir, o zaman ki, insan peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduğuna, ifadə etdiyi fikrinə, mövqeyinə, məlumatına görə həbs oluna bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087331_360:0:3089:2047_1920x0_80_0_0_ab63c9f189c7ba257981c3d09b383c5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, sputnik, həbs, litva
rusiya, sputnik, həbs, litva
Beynəlxalq təşkilatlar vasitəsilə Kasemi azad etməyə çalışacağıq - Zaxarova
Rusiya ümid edir ki, Kaseme qarşı siyasi motivli təqiblərə insan haqlarını müdafiə edən qeyri-hökumət təşkilatları layiqli cavab verəcək.
BAKI, 12 yanvar — Sputnik. Rusiya BMT və ATƏT daxil olmaqla, müvafiq beynəlxalq təşkilatlar vasitəsilə "Sputnik Litva"nın baş redaktoru Marat Kasemi azad etməyə çalışacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün həftəlik brifinqdə bildirib.
""Sputnik Litva"nın baş redaktorunun azad edilməsində müvafiq beynəlxalq strukturlar, o cümlədən BMT, YUNESKO-nu iştirakını təmin etməyə çalışacağıq. Amma əmin deyiləm ki, ATƏT-də hələ də ümid ediləsi nəsə var. Ən azından bi fəaliyyətsizliyinə görə ATƏT-i günahlandıracağıq. Əgər bu struktur hələ də özünün mövcduluğunu bəyan edirsə, nəticə ortaya qoymalıdır", - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya ümid edir ki, Kaseme qarşı siyasi motivli təqiblərə insan haqlarını müdafiə edən qeyri-hökumət təşkilatları layiqli cavab verəcək.
"Latviyada siyasi terrora son qoyulmalı, Marat Kasem azadlığa buraxılmalı və öz peşə fəaliyyətini bərpa etməlidir", - o, fikirlərini tamamlayıb.
Marat Kasem Latviya vətəndaşıdır, bir neçə il Moskvada yaşayıb və "Sputnik Litva"nın da daxil olduğu "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyində işləyib. Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib. "Sputnik Litva"nın məlumatına görə, o, saxlanılıb və yanvarın 5-də Riqa məhkəməsi onu həbs edib, jurnalist Riqa mərkəzi həbsxanasına köçürülüb.
Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Kasemin Latviyada saxlanması onun prinsiplərə sadiqliyinə görə diktatura rejimlərinin qisasıdır və müxalif fikirlərə qarşı terrordur.
Rusiya Ombudsmanı Tatyana Moskalkova "Sputnik Litva"nın baş redaktorunun saxlanmasını söz azadlığına qəsd adlandırıb və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına müraciət edib. Rusiya Jurnalistlər Birliyinin rəhbəri Vladimir Solovyov vəziyyəti şərh edərkən RİA Novosti-yə bildirib ki, RJB bunu ən ciddi pozuntulardan biri hesab edir və baş verənlər barədə bütün beynəlxalq jurnalist hüquq müdafiə təşkilatlarına məlumat göndərəcək.
"Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov Kasemin saxlanması ilə bağlı danışarkən qeyd edib ki, BİA beynəlxalq ictimaiyyəti cavab verməyə və Kasemi azad etmək üçün mümkün olan hər şeyi etməyə çağıracaq.
Kiselyov həbsi qeyri-qanuni adlandırıb və onun sözlərinə görə, həbs Avropa qanunsuzluğu şəraitində baş verir, o zaman ki, insan peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduğuna, ifadə etdiyi fikrinə, mövqeyinə, məlumatına görə həbs oluna bilər.