Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda daha 10 marşrut xətti müsabiqəyə çıxarılıb

© Photo : Baku Transport AgencyAvtobus
Avtobus - Sputnik Azərbaycan, 1920, 12.01.2023
Abunə olmaq
Müsabiqə şəhərlərarası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına" uyğun keçiriləcək.
BAKI, 12 yanvar — Sputnik. Bakı Nəqliyyat Agentliyi daha 10 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib. Bu barədə Sputnik Azərbaycan-a Agentlikdən bildirilib.
Məlumata görə, müsabiqəyə çıxarılan 33, 50, 57, 77, 93, 104, 139, 149, 206 və 214 nömrəli müntəzəm marşrut xətləridir. Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına" uyğun keçiriləcək.
Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüşdə AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev şəhərətrafı və şəhərdaxili marşrutlarla bağlı da eyni addımın atılacağını vurğulamışdı.
Xəbər lenti
0