Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda 3 nəfəri narkokuryerliyə cəlb edən ələ keçdi

© AFP 2023 / RODGER BOSCHNarkotik, arxiv şəkli
Narkotik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.01.2023
Abunə olmaq
Həmin şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul edərək paytaxt ərazisində taksi sürücüsü kimi çalışdığı müəyyən edilib.
BAKI, 12 yanvar — Sputnik. Bakıda 3 nəfəri narkokuryerliyə cəlb edən və narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan şəxslər saxlanılıblar.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlmat verilib. Nərimanov rayonunda narkotik vasitə istifadəçilərinin mütəmadi olaraq toplaşaraq bu zərərli vərdişlə məşğul olduqları məkan aşkar edilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı Rəsul Məhərrəmli, Elçin Yusifli və Məsmə Məmmədova saxlanılıblar. Həmin şəxslərin hər birindən şəxsi istifadələri üçün əldə etdikləri heroin və metamfetamin aşkar olunub.
Araşdırmalar zamanı adları çəkilən 3 nəfərin narkokuryerliyə cəlb edildikləri və bunun müqabilində onlara ödənişsiz narkotik vasitələr verildiyi müəyyən edilib. İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı onlara narkotik vasitələr təklif edən – Ülvi Tağıyev də tutularaq istintaqa cəlb olunub.
Ondan satmaq məqsədi ilə əldə etdiyi 3 kiloqrama yaxın heroin və metamfetanmin aşkar olunub. Ülvi Tağıyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu "Adəm" adlı xarici ölkə vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
Qeyd edək ki, Ülvi Tağıyev narkotik vasitələrin satışını həyata keçirən zaman məsuliyyətdən yayınmaq üçün mütəmadi olaraq yaşayış yerini dəyişib və əsasən paytaxt ərazisində yerləşən hotellərdə gecələyib.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan Cəfər Yusifzadə də saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul edərək paytaxt ərazisində taksi sürücüsü kimi çalışdığı müəyyən edilib.
Faktlarla bağlı əməliyyatlar-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Rəşad Nəcəfovun qanunazidd əməllərinin qarşısı alınıb.
Sulutəpə qəsəbəsindən paytaxt istiqamətində hərəkətdə olan "MİDİBUS" markalı, 90-CT-684 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Rəşad Nəcəfov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Rəşad Nəcəfovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Xəbər lenti
0