Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək

© Official website of President of Azerbaijan RepublicSəhnə, arxiv şəkli
Səhnə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.01.2023
Abunə olmaq
Moskvada bu gündən etibarən başlayan vokalçıların və konsertmeysterlərin Xibla Gerzmava adına Beynəlxalq müsabiqəsində soydaşımız Həmid Abdulov da var.
BAKI, 12 yanvar — Sputnik. Yanvarın 12-dən 22-dək Moskvada vokalçıların və konsertmeysterlərin Xibla Gerzmava adına Beynəlxalq müsabiqəsi keçiriləcək. Rusiyanın Xalq artisti Xibla Gerzmavanın təşəbbüsü ilə keçirilən müsabiqəyə Rusiya Prezidenti yanında Mədəni Təşəbbüslər Fondu dəstək verir. 42 vokalçı və 16 konsertmeysterin yarışacağı müsabiqənin seçim mərhələsində Ekspert şurası 38 ölkədən daxil olmuş 800 ərizəni araşdırıb.
Seçilmiş 42 vokalçı iştirakçı arasında hazırda Sankt-Peterburq Mariinski Teatrının dəvətli solisti olan soydaşımız Həmid Abdulov da var. 28 yaşlı vokalçı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Sankt-Peterburq Konservatoriyasının, Yelena Obraztsovanın Beynəlxalq Musiqi Akademiyasının məzunudur.
Qeyd edək ki, müsabiqənin Ekspert şurasının üzvlərindən biri də soydaşımız Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Dövlət Akademik Musiqili Teatrının dirijoru Arif Dadaşovdur.
Xəbər lenti
0