Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı Metropoliteni ötən ay nə qədər sərnişin daşıdığını açıqladı

© Sputnik / Murad OrujovBakı metrosunda sərnişinlər
Bakı metrosunda sərnişinlər - Sputnik Azərbaycan, 1920, 10.01.2023
Abunə olmaq
İlin sonuncu ayının yalnız iş günləri nəzərə alınarsa, metropoliten 22 gün ərzində orta hesabla 760 min 185 nəfər sərnişin daşıyıb.
BAKI, 10 yanvar — Sputnik. 2022-ci ilin dekabr ayında "Bakı Metropoliteni" QSC 21 milyon 293 min 624 sərnişin daşıyıb.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ötən ay orta hesabla hər gün metronun xidmətindən 686 min 891 nəfər istifadə edib. Bu, pandemiya dövründə ən yüksək aylıq göstərici hesab olunur. İlin sonuncu ayının yalnız iş günləri nəzərə alınarsa, metropoliten 22 gün ərzində orta hesabla 760 min 185 nəfər sərnişin daşıyıb.
Bu gün həm də "Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasında təxminən 60 yaşında sərnişin vəfat edib.
Məlumata görə, vətəndaş halı pisləşdiyi üçün saat 7:45-də qatardan düşürülüb və ona dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Bütün səylərə baxmayaraq, sərnişin dünyasını dəyişib.
Xəbər lenti
0