Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda unun qiyməti aşağı düşüb. Bəs çörək ucuzlaşacaq?

© AFP 2023 / MAHMUD HAMSUn kisələri
Un kisələri - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Çörək zavodlarından əhəmiyyətli ucuzlaşma olmazsa, çörəyin qiymətinin dəyişməyəcəyi bildirilir.
BAKI, 22 aprel — Sputnik. Azərbaycanda unun qiyməti ucuzlaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, topdan satışda unun qiymətində ucuzlaşma baş verib. Bu barədə alıcılar məlumat veriblər.
"Dəvəçi-Dəyirman" MMC-nin səlahiyyətli nümayəndəsi Vidadi Ələsgərov Sputnik Azərbaycan-a açıqlamasında unun qiymətinin ucuzlaşdığını təsdiqləyib. Amma bunun cüzi ucuzlaşma olduğunu bildirib:

"Bir kisə 50 kiloqramlıq əla növ unun qiyməti 24 manat 80 qəpiyə enib. Bir neçə gün əvvəl 50 kiloqramlıq əla növ unu 25 manat 20 qəpiyə satırdıq. Bir kisədə cəmi 40 qəpik ucuzlaşma baş verib. Bunun da səbəbi ölkəyə unun gəlməsidir. Hamı mövsümə görə anbarını boşaltmağa başlayıb. Bazarda təklif tələbi üstələyib. Ona görə də qiymətdə cüzi ucuzlaşma baş verib".

Vidadi Ələsgərov biçin mövsümündə də unun qiymətinin ucuzlaşmasının davam edəcəyini söyləyib.
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov isə Sputnik Azərbaycan-a bildirib ki, çörəyin qiymətində ucuzlaşma olmayacaq.
"50 kiloqramlıq kisədə 40 qəpik ucuzlaşma çörəyin qiymətinə təsir edəcək həddə deyil. Qiymət ən azı bir neçə manat düşməlidir ki, çörəyin maya dəyərinə təsir etsin" - Söhrab Cabbarov bildirib.
Qeyd edək ki, pərakəndə satış şəbəkələrində də unun qiymətində ucuzlaşma müşahidə olunur. "Anadolu" əla növ unun 1 kiloqramının qiyməti 1 manat 30 qəpikdən 65 qəpiyə enib. Hazırda satışda "Anadolu" 1 kiloqram 942 qramlıq un paketləri 1 manat 26 qəpiyə təklif olunur. 5 kilqoramlıq "Anadolu" un kisəsi 6 manat 15 qəpikdən 3 manat 79 qəpiyə düşüb.
09.01.23, 09:01
Unun qiyməti ucuzlaşdı - Bəs çörək?
Azərbaycanda bəzi un növlərinin qiyməti ucuzlaşıb. Belə ki, "Karat Holding" bir kisə "Karmen" ununun qiymətini 40,70 manatdan 37,95 manata endirib. Bu, 2022-ci ilin Azərbaycan un sənayesi üçün çətin il olması ilə əsaslandırılıb.
Demək olar ki, bütün il ərzində ölkənin un dəyirmanları sıfır rentabelliklə işləyib, hətta bəzi müəssisələr zərər də görürdülər. Dünya taxıl bazarındakı mövcud vəziyyətlə əlaqədar və rublun manata nisbəti nəzərə alınmaqla Azərbaycanda unun bir tonunun qiyməti 55 manat ucuzlaşıb.
Unun qiyməti ucuzlaşsa da, çörək ucuzlaşmayıb
Ölkədə unun qiyməti ucuzlaşsa da çörəyin qiyməti dəyişməyib. Sputnik Azərbaycan-ın apardığı müşahidələr zamanı məlum olub ki, çörək satış obyektlərində əvvəlki qiymətə, 0,75 qəpiyə satılır. Mağazalardan çörəyin qiymətinin ucuzlaşıb-ucuzlaşmayacağı barədə onlarda məlumat olmadığını bildiriblər.
© Sputnik / Konstantin Mihalchevskiy / Mediabanka keçidÇörək istehsalı, arxiv şəkli
Производство хлеба, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.01.2023
Çörək istehsalı, arxiv şəkli
Ucuzlaşma çox cüzidir?
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, unun qiymətində çox cüzi ucuzlaşma baş verib:
"Keyfiyyətli unun bir kisəsinin qiymətində 1 manat 40 - 1manat 50 qəpik civarında ucuzlaşma olub. Bu, çörəyin qiymətinə təsir edəcək həddə deyil. Unun qiyməti əgər 35 manata düşərsə, çörəyin qiyməti ucuzlaşa bilər. Əvvəl 50 kiloqramlıq unun qiyməti indiyədək 36 manat 60 qəpik idi. Onda çörəyi 0,65 qəpiyə satırdıq. Elə ki, 50 kiloqramlıq unun qiyməti bizə 40 manat 30 qəpiyə qalxdı, çörək də bahalaşaraq 0,75 qəpik oldu. Çörəyin qiymətinin ucuzlaşması üçün, unu qiyməti gərək ən azı 5-6 manat aşağı düşə".
S.Cabbarov onu da bildirib ki, unun qiyməti cüzi ucuzlaşdıqdan sonra onun rəhbərlik etdiyi zavod çörəyin çəkisində cüzi artım edib.
Hər kiloqramda 2 qəpik
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, unun qiyməti ucuzlaşandan Birliyə çoxlu sayda zənglər daxil olur:

"İstehlakçılar soruşur ki, unun qiyməti ucuzlaşıb, bəs çörəyin qiyməti niyə ucuzlaşmır? Mən onlara izah edirəm ki, unun qiymətində cüzi ucuzlaşma baş verib. Bu ucuzlaşma çörəyin qiymətinə təsir edəcək həddə deyil. Hər kiloqrama unun qiymətində təxminən 2 qəpik ucuzlaşma var. Unun qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşmalıdır ki, çörəyin də qiyməti ucuzlaşsın".

© Sputnik / Murad OrujovEyyub Hüseynov
Пресс-конференция председателя Общества свободных потребителей Азербайджана Эйюба Гусейнова - Sputnik Azərbaycan, 1920, 08.01.2023
Eyyub Hüseynov
Ötən il unun qiyməti iki dəfə bahalaşıb
Xatırladaq ki, ötən il ölkədə unun qiyməti iki dəfə bahalaşıb. Belə ki, 2022-ci ilin əvvəlində 50 kiloqramlıq "Karmen" ununun bir kisəsinin qiyməti 36 manat olmuşdu. Bundan öncə unun bir kisəsi 26 manata satılırdı.
Unun qiymətində baş vermiş artım çörəyin qiymətinə də təsir etmişdi. 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik olmuşdu.
2022-ci ilin avqust ayında isə unun qiymət 40 manat 70 qəpiyə qalxdı. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik oldu.
Məlumaty üçün bildirək ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirmişdi.
Xəbər lenti
0