Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

BŞİH: Bakının küçə və prospektləri gecə qardan təmizlənib

© Photo : Baku City Executive PowerBakıda qar təmizləyən texnika
Bakıda qar təmizləyən texnika  - Sputnik Azərbaycan, 1920, 09.01.2023
Abunə olmaq
İddia olunduğuna görə, təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılır.
BAKI, 9 yanvar - Sputnik. Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib.
İşlər səhər saat 05:00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.
Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılır.
Bakı Metropoliteninin Xocəsən  elektrik deposu və stansiyası - Sputnik Azərbaycan, 1920, 09.01.2023
PAYTAXT XƏBƏRLƏRİ
"Bakı Metropoliteni": "Qarla mübarizə qərargahının normal işi təmin edilib"
Xəbər lenti
0