Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

“Sədərək” ticarət mərkəzində baş verən yanğın söndürülüb

© Photo : APA“Sədərək” ticarət mərkəzində baş verən yanğın
“Sədərək” ticarət mərkəzində baş verən yanğın  - Sputnik Azərbaycan, 1920, 08.01.2023
Abunə olmaq
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
BAKI, 8 yanvar - Sputnik. “Sədərək” ticarət mərkəzində baş verən yanğın söndürülüb. Daxili işlər Nazirliyindən Azərtac-a bildiriblər ki, ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb. Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.
© Photo : APA“Sədərək” ticarət mərkəzində baş verən yanğın
В Баку произошел пожар в торговом центре Садарек - Sputnik Azərbaycan, 1920, 08.01.2023
“Sədərək” ticarət mərkəzində baş verən yanğın
Həmçinin qeyd olunub ki, yanğın olan obyektlərin birindən oğurluğa cəhd edən iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, - deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər.
Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.
Araşdırmalar aparılır.
Xəbər lenti
0