Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya ordusu Kupyansk istiqamətində 30-dan çox Ukrayna əsgərini məhv edib - MN

© Sputnik / Алексей Майшев / Mediabanka keçidRusiya hərbçisi, arxiv şəkli
Rusiya hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.01.2023
Abunə olmaq
Xarkov vilayətinin Kotlyarovka və "LXR"-in Novoselovski məntəqəsi ərazisində Ukraynanın iki təxribat-kəşfiyyat qrupu məhv edilib.
BAKI, 8 yanvar - Sputnik. Rusiya Silahlı Qüvvələri Kupyansk istiqamətində "LXR"-in Novoselovski və Xarkov vilayətinin Sinkovka bölgəsində 30-dan çox ukraynalı hərbçini və 4 texnikanı məhv edib. Bu barədə bazar günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Cümə günü saat 12:00-dan şənbə günü Moskva vaxtı ilə saat 24:00-a qədər Rusiya qoşunları birtərəfli atəşkəs elan etdilər.
“Kupyansk istiqamətində atəşkəs rejimi başa çatdıqdan sonra Rusiya qoşunları "Luqansk Xalq Respublikası"nın Novoselovskoye və Xarkov vilayətinin Sinkovka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikasının toplanmış hissələrini atəşə tutublar. 30-dan çox ukraynalı hərbçi, bir piyada döyüş maşını, bir zirehli transportyor və iki texnika məhv edilib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Bundan əlavə, Xarkov vilayətinin Kotlyarovka və "LXR"-in Novoselovski məntəqəsi ərazisində düşmənin iki təxribat-kəşfiyyat qrupu məhv edilib.
Xəbər lenti
0