https://sputnik.az/20230108/qerbin-gosterisleri-suveren-rusiya-ucun-qebuledilmezdir---klimov-450457060.html
Qərbin göstərişləri suveren Rusiya üçün qəbuledilməzdir - Klimov
Qərbin göstərişləri suveren Rusiya üçün qəbuledilməzdir - Klimov
Sputnik Azərbaycan
Federasiya Şurasının rəsmisi bildirib ki, Qərbin ictimai-siyasi və əxlaqi təlimatları Rusiyanın çoxmillətli xalqının davamlı inkişafı üçün qəbuledilməzdir. 08.01.2023, Sputnik Azərbaycan
2023-01-08T21:07+0400
2023-01-08T21:07+0400
2023-01-08T21:23+0400
rusiya
qərb
suveren
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071537_0:186:2980:1862_1920x0_80_0_0_0a6ffd2466466fb1dab944bb70bd8e1d.jpg
BAKI, 8 yanvar - Sputnik. Qərbin ictimai-siyasi və mənəvi göstərişləri suveren Rusiya üçün qəbuledilməzdir. Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov deyib.“Bizim öz ağlımızda qərbləşmə ilə nəhayət vidalaşmağın vaxtıdır. Bu, Rusiya Federasiyasının sərhədlərinin qərbində və ya Şimali Amerikada yaşayanlarla hər hansı təmaslardan tutmuş Avropa mədəniyyətinin həqiqi nailiyyətlərindən imtina etməkdən getmir. Məsələ ondadır ki, Avropa sivilizasiyasının özünün inkişafı üçün klassik əsaslardan və meyarlardan çoxdan yayınmış Qərbin ictimai-siyasi və əxlaqi təlimatları suveren Rusiya, çoxmillətli xalqımızın ənənələri və dəyərləri, onun davamlı inkişafı üçün qəbuledilməzdir", - deyə o, teleqram kanalında yazıb.Klimov bildirib ki, yalnız “qəti yalançılar və ya beyinsiz natofillər indi aşkar olanı inkar edə bilərlər – Vaşinqtonyönlü Qərbin Rusiya dövlətinə hücum üçün uzun illər hazırladıqları 2022-ci ildə Şimali Atlantika blokunun Rusiya Federasiyasına silahlı təcavüzü ilə nəticələndi”.“2022-ci ilin sonunda məlum oldu ki, Rusiya yaxın tarixin ən böyük hibrid hücumuna tab gətirdi və əks hücuma keçir. Demək olar ki, bütün NATO üzvü olmayan dünya rusofobik səlib yürüşündə iştirak etməkdən imtina etdi və getdikcə qərbləşmə dövrünün başa çatdığını və bununla da Qərbin neokolonialistlərinin yer üzündəki güc üzərində inhisarını daha çox dərk edir", - deyə rusiyalı senator bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071537_125:0:2856:2048_1920x0_80_0_0_e405e67f79b2a5047b2d7ba1bcf3a04e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərb, suveren
Qərbin göstərişləri suveren Rusiya üçün qəbuledilməzdir - Klimov
21:07 08.01.2023 (Yenilənib: 21:23 08.01.2023) Federasiya Şurasının rəsmisi bildirib ki, Qərbin ictimai-siyasi və əxlaqi təlimatları Rusiyanın çoxmillətli xalqının davamlı inkişafı üçün qəbuledilməzdir.
BAKI, 8 yanvar - Sputnik. Qərbin ictimai-siyasi və mənəvi göstərişləri suveren Rusiya üçün qəbuledilməzdir. Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov deyib.
“Bizim öz ağlımızda qərbləşmə ilə nəhayət vidalaşmağın vaxtıdır. Bu, Rusiya Federasiyasının sərhədlərinin qərbində və ya Şimali Amerikada yaşayanlarla hər hansı təmaslardan tutmuş Avropa mədəniyyətinin həqiqi nailiyyətlərindən imtina etməkdən getmir. Məsələ ondadır ki, Avropa sivilizasiyasının özünün inkişafı üçün klassik əsaslardan və meyarlardan çoxdan yayınmış Qərbin ictimai-siyasi və əxlaqi təlimatları suveren Rusiya, çoxmillətli xalqımızın ənənələri və dəyərləri, onun davamlı inkişafı üçün qəbuledilməzdir", - deyə o, teleqram kanalında yazıb.
Klimov bildirib ki, yalnız “qəti yalançılar və ya beyinsiz natofillər indi aşkar olanı inkar edə bilərlər – Vaşinqtonyönlü Qərbin Rusiya dövlətinə hücum üçün uzun illər hazırladıqları 2022-ci ildə Şimali Atlantika blokunun Rusiya Federasiyasına silahlı təcavüzü ilə nəticələndi”.
“2022-ci ilin sonunda məlum oldu ki, Rusiya yaxın tarixin ən böyük hibrid hücumuna tab gətirdi və əks hücuma keçir. Demək olar ki, bütün NATO üzvü olmayan dünya rusofobik səlib yürüşündə iştirak etməkdən imtina etdi və getdikcə qərbləşmə dövrünün başa çatdığını və bununla da Qərbin neokolonialistlərinin yer üzündəki güc üzərində inhisarını daha çox dərk edir", - deyə rusiyalı senator bildirib.