https://sputnik.az/20230108/perm-hava-limaninda-teyyare-ucus-enme-zolagindan-cixib-450441910.html
Perm hava limanında təyyarə uçuş-enmə zolağından çıxıb
Perm hava limanında təyyarə uçuş-enmə zolağından çıxıb
Sputnik Azərbaycan
Hadisədən sonra hava limanı uçuş-enmə zolağı boş olana qədər uçuşların qəbulu və yola salınması üçün bağlanıb. 08.01.2023, Sputnik Azərbaycan
2023-01-08T10:23+0400
2023-01-08T10:23+0400
2023-01-08T10:29+0400
rusiya
perm
hava limanı
reys
https://cdnn1.img.sputnik.az/img/41444/91/414449115_0:240:3215:2048_1920x0_80_0_0_9f8b1117a9e7c7d84320a2d9668b0d54.jpg
BAKI, 8 yanvar - Sputnik. Rusiyanın "Pobeda" aviaşirkətinin təyyarəsi Perm hava limanında uçuşun başlanğıcında uçuş-enmə zolağından çıxıb. Bu barədə RİA Novosti Bolşoe Savino hava limanına istinadən məlumat yayıb.Bildirilir ki, hadisə nəticəsində sərnişinlər xəsarət almayıb, hava qovşağı isə müvəqqəti bağlanıb.Hava limanı öz Telegram kanalında hadisənin yanvarın 8-i bazar günü səhər saatlarında baş verdiyini bildirir."“Boeing 737-800 DR 6512 reysi ilə Perm-Moskva marşrutu üzrə hərəkət edən təyyarə uçuşun əvvəlində uçuş-enmə zolağından çıxıb. 183 sərnişin və ya ekipaj üzvündən heç biri xəsarət almayıb, təyyarənin özünə də ziyan dəyməyib. Sərnişinlər hava limanının terminalına aparılıb. Hazırda təyyarə uçuş-enmə zolağından təyyarənin dayanacağına təxliyə edilir", - deyə məlumatda bildirilir.Hazırda hava limanı uçuş-enmə zolağı boş olana qədər uçuşların qəbulu və yola salınması üçün bağlıdır. Hadisənin səbəbləri müəyyənləşdirilir. Təyyarənin sərnişinləri sosial şəbəkələrdə hadisənin videosunu yayımlayır və təyyarənin qar uçqunu içində ilişib qaldığını bildirirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41444/91/414449115_0:0:2731:2048_1920x0_80_0_0_b49532d9054c1c75be6f6bf9c8b48579.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
perm, hava limanı, reys
Perm hava limanında təyyarə uçuş-enmə zolağından çıxıb
10:23 08.01.2023 (Yenilənib: 10:29 08.01.2023) Hadisədən sonra hava limanı uçuş-enmə zolağı boş olana qədər uçuşların qəbulu və yola salınması üçün bağlanıb.
BAKI, 8 yanvar - Sputnik. Rusiyanın "Pobeda" aviaşirkətinin təyyarəsi Perm hava limanında uçuşun başlanğıcında uçuş-enmə zolağından çıxıb. Bu barədə RİA Novosti Bolşoe Savino hava limanına istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində sərnişinlər xəsarət almayıb, hava qovşağı isə müvəqqəti bağlanıb.
Hava limanı öz Telegram kanalında hadisənin yanvarın 8-i bazar günü səhər saatlarında baş verdiyini bildirir.
"“Boeing 737-800 DR 6512 reysi ilə Perm-Moskva marşrutu üzrə hərəkət edən təyyarə uçuşun əvvəlində uçuş-enmə zolağından çıxıb. 183 sərnişin və ya ekipaj üzvündən heç biri xəsarət almayıb, təyyarənin özünə də ziyan dəyməyib. Sərnişinlər hava limanının terminalına aparılıb. Hazırda təyyarə uçuş-enmə zolağından təyyarənin dayanacağına təxliyə edilir", - deyə məlumatda bildirilir.
Hazırda hava limanı uçuş-enmə zolağı boş olana qədər uçuşların qəbulu və yola salınması üçün bağlıdır. Hadisənin səbəbləri müəyyənləşdirilir. Təyyarənin sərnişinləri sosial şəbəkələrdə hadisənin videosunu yayımlayır və təyyarənin qar uçqunu içində ilişib qaldığını bildirirlər.