https://sputnik.az/20230107/kiyev-ateskes-rejimine-mehel-qoymur---rusiya-mudafie-nazirliyi-450432834.html
Kiyev atəşkəs rejiminə məhəl qoymur - Rusiya Müdafiə Nazirliyi
Kiyev atəşkəs rejiminə məhəl qoymur - Rusiya Müdafiə Nazirliyi
Sputnik Azərbaycan
Rusiya qoşunlarının birləşmiş qruplaşması bütün təmas xətti boyunca yanvarın 6-sı, Moskva vaxtı ilə saat 12:00-dan başlamış atəşkəs rejiminə riayət edir. 07.01.2023, Sputnik Azərbaycan
2023-01-07T16:40+0400
2023-01-07T16:40+0400
2023-01-07T16:47+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
rusiya müdafiə nazirliyi
ukrayna
zaporojye
"donetsk xalq respublikası"
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527227_0:0:3072:1728_1920x0_80_0_0_c3e8d742abb6b1dfa6e1704c1a1f1ce7.jpg
BAKI, 7 yanvar - Sputnik. Ukrayna qoşunları atəşkəsin elan edilməsinə baxmayaraq, atəşi davam etdirir.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik xatırladıb ki, Rusiya qoşunlarının birgə qrupu xüsusi əməliyyat keçirilən ərazidə yanvarın 6-da Moskva vaxtı ilə saat 12:00-dan etibarən bütün təmas xətti boyunca atəşkəs rejiminə riayət edir. "Eyni zamanda, Kiyev rejimi son 24 saat ərzində yaşayış məntəqələrini və Rusiya mövqelərini atəşə tutmağa davam edib", - Nazirlik bildirib. O cümlədən, Müdafiə Nazirliyinin məlumatına görə, Krasno-Limanski istiqamətində Ukrayna hərbçiləri Rusiya mövqelərinə 11 minaatan hücumu həyata keçirib. Soledar, Avdeyevski və Maryinski istiqamətlərində düşmən rus qoşunlarının bölmələrinə qarşı 51 dəfə artilleriyadan istifadə edib. “Ukrayna qoşunları Donetsk şəhərinin yaşayış məntəqələrinə 60-dan çox iriçaplı mərmi atıb, Amerikanın “HIMARS” reaktiv yaylım atəşi sistemi isə Donetsk Xalq Respublikasının Makeyevka qəsəbəsini vurub”, - Nazirlik bildirib. Həmçinin qeyd edilib ki, Zaporojye vilayətində Ukrayna qoşunları 31 dəfə artilleriya atəşi açıb. Xerson və Krivoy Roq istiqamətlərində düşmən 17 artilleriya mərmisi atıb. "Ukrayna Silahlı Qüvvələrinin bütün atəş nöqtələri Rusiya qoşunlarının cavab atəşi ilə susdurulub", - Müdafiə Nazirliyi vurğulayıb. Hərbi idarə onu da qeyd edib ki, Kiyevin atəş açmasına baxmayaraq, Rusiya Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməyə davam edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527227_341:0:3072:2048_1920x0_80_0_0_d99415434d80eebfc3c55002f4c8bafc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rusiya müdafiə nazirliyi, ukrayna, zaporojye, "donetsk xalq respublikası"
rusiya, rusiya müdafiə nazirliyi, ukrayna, zaporojye, "donetsk xalq respublikası"
Kiyev atəşkəs rejiminə məhəl qoymur - Rusiya Müdafiə Nazirliyi
16:40 07.01.2023 (Yenilənib: 16:47 07.01.2023) Rusiya qoşunlarının birləşmiş qruplaşması bütün təmas xətti boyunca yanvarın 6-sı, Moskva vaxtı ilə saat 12:00-dan başlamış atəşkəs rejiminə riayət edir.
BAKI, 7 yanvar - Sputnik. Ukrayna qoşunları atəşkəsin elan edilməsinə baxmayaraq, atəşi davam etdirir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik xatırladıb ki, Rusiya qoşunlarının birgə qrupu xüsusi əməliyyat keçirilən ərazidə yanvarın 6-da Moskva vaxtı ilə saat 12:00-dan etibarən bütün təmas xətti boyunca atəşkəs rejiminə riayət edir.
"Eyni zamanda, Kiyev rejimi son 24 saat ərzində yaşayış məntəqələrini və Rusiya mövqelərini atəşə tutmağa davam edib", - Nazirlik bildirib.
O cümlədən, Müdafiə Nazirliyinin məlumatına görə, Krasno-Limanski istiqamətində Ukrayna hərbçiləri Rusiya mövqelərinə 11 minaatan hücumu həyata keçirib. Soledar, Avdeyevski və Maryinski istiqamətlərində düşmən rus qoşunlarının bölmələrinə qarşı 51 dəfə artilleriyadan istifadə edib.
“Ukrayna qoşunları Donetsk şəhərinin yaşayış məntəqələrinə 60-dan çox iriçaplı mərmi atıb, Amerikanın “HIMARS” reaktiv yaylım atəşi sistemi isə Donetsk Xalq Respublikasının Makeyevka qəsəbəsini vurub”, - Nazirlik bildirib.
Həmçinin qeyd edilib ki, Zaporojye vilayətində Ukrayna qoşunları 31 dəfə artilleriya atəşi açıb. Xerson və Krivoy Roq istiqamətlərində düşmən 17 artilleriya mərmisi atıb.
"Ukrayna Silahlı Qüvvələrinin bütün atəş nöqtələri Rusiya qoşunlarının cavab atəşi ilə susdurulub", - Müdafiə Nazirliyi vurğulayıb.
Hərbi idarə onu da qeyd edib ki, Kiyevin atəş açmasına baxmayaraq, Rusiya Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməyə davam edəcək.