Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

© Baku Transport AgencyАвтобус во время снега в Баку , 24 февраля 2021 года
Автобус во время снега в Баку , 24 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 07.01.2023
Abunə olmaq
Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar.
BAKI, 7 yanvar - Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) yanvarın 8-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığı nəzərə alaraq hərəkət iştirakçılarına yollarda diqqətli olmağı tövsiyə edir.
Bu barədə BNA məlumat yayıb.
Agentlik qarlı və şaxtalı hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etməlirinə tövsiyə edir. Həmçinin sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları, həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
"Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik", - məlumatda deyilir.
DYP  - Sputnik Azərbaycan, 1920, 07.01.2023
CƏMİYYƏT
BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Xəbər lenti
0