Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Virusun yeni növünün əsas əlaməti: xırıltı, səs batması

© Sputnik / Murad OrujovTibbi maska taxmış adam, arxiv şəkli
Tibbi maska taxmış adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
"B" qripi səs tellərini vurduğu üçün insan dərhal xırıldamağa, fısıldamağa başlayır
BAKI, 6 yanvar — Sputnik. Xırıltı, səsin dəyişməsi, batması "B" qripinin xarakterik əlamətləridir. Onu "A" qripindən məhz bu xüsusiyyətlərinə görə ayırmaq olar.
Bunu Rusiyanın Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin direktoru, tibb elmləri doktoru Mixail Ginzburq deyib.
O bildirib ki, "B" qripi səs tellərini vurduğu üçün insan dərhal xırıldamağa, fısıldamağa başlayır, nəticədə səsi çox dəyişir, yaxud da batır.
Alim bildirir ki, "B" qripinin başqa simptomları digər tənəffüs orqanlarının xəstəliklərinə bənzəyir. Yəni, iltihablı proses burun-udlaqdan başlayır, sonra bronxlara və ağciyərlərə enir: "Patogenin aşağı düşməsi prosesi dayandırılmasa, o zaman xəstəlik bronxitə, ağciyər iltihabına və tənəffüs çatışmazlığına çevrilə bilər".
Həkimin sözlərinə görə, "B" qripi virusunun yaratdığı xəstəlik "A" qripinin yaratdığı xəstəlik qədər ağırdır.
Xəbər lenti
0