"Sputnik Litva"nın baş redaktorunun həbsi qanunsuzdur - Kiselyov
© Sputnik / Евгений Биятов / Mediabanka keçidSputnik Litva-nın şef-redaktoru Marat Kaseme dəstək aksiyası
© Sputnik / Евгений Биятов
/ Abunə olmaq
Belə bir şəraitdə bir şəxs peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduğuna, fikrinə, mövqeyinə, ifadə etdiyi məlumata görə həbs oluna bilər.
BAKI, 6 yanvar — Sputnik. "Sputnik Litva"nın baş redaktoru Marat Kasemin həbsi qanunsuzdur, "Rossiya Seqodnya" media qrupu beynəlxalq ictimaiyyəti reaksiya verməyə çağıracaq. Bunu "Rossiya seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov RİA Novosti-yə bildirib.
© Sputnik / Нина ЗотинаJurnalist, Sputnik Litva-nın şef-redaktoru Marat Kasem
Jurnalist, Sputnik Litva-nın şef-redaktoru Marat Kasem
© Sputnik / Нина Зотина
Marat Kasem Latviya vətəndaşıdır, bir neçə ildir ki, Moskvada yaşayır və "Sputnik Litva"nın da daxil olduğu "Rossiya Seqodnya" media qrupunda işləyir. Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib. "Sputnik Litva"nın məlumatına görə, o, saxlanılıb və yanvarın 5-də Riqa məhkəməsi onu həbs edib, o, artıq Riqa mərkəzi həbsxanasına köçürülüb.
"Beynəlxalq ictimaiyyətə müraciət edəcəyik. Aydındır ki, biz media kampaniyası təşkil edəcəyik və Maratın azad edilməsi üçün əlimizdən gələni edəcəyik. Bundan əlavə, Marata hüquqi yardım göstərmişik. Orada onun vəkili var, onu müdafiə edir. Biz gözləyirik ki, sabah və ya yaxın günlərdə, bazar ertəsi ittihamlar irəli sürüləcək", - deyə Kiselyov bildirib.
O əlavə edib ki, sanksiyaların özü və həbs qanunsuzdur".
Kiselyovun sözlərinə görə, həbs "Avropa qanunsuzluğu şəraitində baş verir. Belə bir şəraitdə bir şəxs peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduğuna, fikrinə, mövqeyinə, ifadə etdiyi məlumata görə həbs oluna bilər.
"Amma başqa daha ağır ittihamlar da irəli sürülə bilər. Məsələn, casusluq, dövlətə xəyanət - biz hamımız bundan keçmişik. Ona görə də belə bir qaranlıq perspektivi istisna etməməliyik. Məsələn, ittiham olunan Kirill Vışinski ilə bağlı vəziyyət belə idi. Avropanın ukraynalaşması və nasifikasiyası baş verdiyi üçün, bu halda da eyni şeyi gözləmək olar", - deyə o vurğulayıb.
Kiselyov Kasemin saxlanması ilə bağlı vəkilinin nə dediyi ilə bağlı sualı cavablandırarkən deyib ki, hələlik şərh verməkdən çəkinirik.
"Orada yaxşı heç nə yoxdur - bu, tamamilə başa düşüləndir" - o deyib.
Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Kasemin Latviyada saxlanması onun prinsiplərə sadiqliyinə görə diktatura rejimlərinin qisasıdır və müxalif fikirlərə qarşı terrordur. Rusiya İnsan Haqları üzrə Müvəkkili Tatyana Moskalkova "Sputnik Litva"nın baş redaktorunun saxlanmasını söz azadlığına qəsd adlandırıb və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına müraciət edib.