https://sputnik.az/20230106/latviya-sefirliyi-qarsisinda-aksiya---sputnikin-emekdasinin-azad-edilmesi-teleb-olunur-450404307.html
Latviya səfirliyi qarşısında aksiya - "Sputnik"in əməkdaşının azad edilməsi tələb olunur
Latviya səfirliyi qarşısında aksiya - "Sputnik"in əməkdaşının azad edilməsi tələb olunur
Sputnik Azərbaycan
Etirazçılar arasında olan "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Kasemin azad edilməsinə... 06.01.2023, Sputnik Azərbaycan
2023-01-06T17:34+0400
2023-01-06T17:34+0400
2023-01-06T17:34+0400
rusiya
litva
sputnik
redaktor
həbs
https://cdnn1.img.sputnik.az/img/07e7/01/06/450400493_0:96:1823:1121_1920x0_80_0_0_22239f26297ac36848bea2920c0fe4b4.jpg
BAKI, 6 yanvar — Sputnik. Latviya səfirliyinin qarşısında Riqada saxlanılan "Sputnik Litva"nın baş redaktoru Marat Kasemə dəstək aksiyası başlayıb. "Biz Latviyada həbs edilən həmkarımız Marat Kasemlə həmrəylik aksiyasına toplaşmışıq", - deyə iştirakçılar bildiriblər. Onlar əllərində "Rusiya jurnalistlərindən əllərinizi çəkin!", "Söz azadlığında nə var, Latviya?" sözləri yazılmış plakatlar tuturlar. Etirazçılar arasında olan "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Kasemin azad edilməsinə çağırış etməkdir. Marat Kasem Latviya vətəndaşıdır, bir neçə ildir ki, Moskvada yaşayır, "Sputnik Litva"nın da daxil olduğu "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyində işləyir. Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib. "Sputnik Litva"nın məlumatına görə, o saxlanılıb və yanvarın 5-də Riqa məhkəməsi onu həbs edib, Kasem Riqa mərkəzi həbsxanasına köçürülüb. Daha əvvəl "Sputnik Near Abroad" onun vəkilinə istinadən xəbər vermişdi ki, Kasemin həbsi Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının pozulması, həmçinin casusluqla bağlı ola bilər. "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov daha əvvəl RİA Novosti-yə bildirib ki, Kasemin saxlanması Rusiya mediası üçün gördüyü işin qisasıdır, jurnalistin özü Latviya rejimi tərəfindən siyasi təqiblərə məruz qalır və tez-tez bu barədə danışıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/06/450400493_101:0:1722:1216_1920x0_80_0_0_7778dd5de58b562db15f984fd57f87f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
litva, sputnik, redaktor, həbs
litva, sputnik, redaktor, həbs
Latviya səfirliyi qarşısında aksiya - "Sputnik"in əməkdaşının azad edilməsi tələb olunur
Etirazçılar arasında olan "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Kasemin azad edilməsinə çağırış etməkdir.
BAKI, 6 yanvar — Sputnik. Latviya səfirliyinin qarşısında Riqada saxlanılan "Sputnik Litva"nın baş redaktoru Marat Kasemə dəstək aksiyası başlayıb.
"Biz Latviyada həbs edilən həmkarımız Marat Kasemlə həmrəylik aksiyasına toplaşmışıq", - deyə iştirakçılar bildiriblər.
Onlar əllərində "Rusiya jurnalistlərindən əllərinizi çəkin!", "Söz azadlığında nə var, Latviya?" sözləri yazılmış plakatlar tuturlar.
Etirazçılar arasında olan "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Kasemin azad edilməsinə çağırış etməkdir.
Marat Kasem Latviya vətəndaşıdır, bir neçə ildir ki, Moskvada yaşayır, "Sputnik Litva"nın da daxil olduğu "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyində işləyir.
Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib. "Sputnik Litva"nın məlumatına görə, o saxlanılıb və yanvarın 5-də Riqa məhkəməsi onu həbs edib, Kasem Riqa mərkəzi həbsxanasına köçürülüb.
Daha əvvəl "Sputnik Near Abroad" onun vəkilinə istinadən xəbər vermişdi ki, Kasemin həbsi Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının pozulması, həmçinin casusluqla bağlı ola bilər.
"Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov daha əvvəl RİA Novosti-yə bildirib ki, Kasemin saxlanması Rusiya mediası üçün gördüyü işin qisasıdır, jurnalistin özü Latviya rejimi tərəfindən siyasi təqiblərə məruz qalır və tez-tez bu barədə danışıb.