Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Berlinin Kiyevə silah göndərmək qərarı pisləndi

© AFP 2024 / KAZUHIRO NOGI"Patriot" zenit-raket kompleksi
Patriot zenit-raket kompleksi - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
Bu, Almaniyanın Böyük Vətən Müharibəsi illərində nasizm cinayətlərinə görə xalqımız qarşısında tarixi məsuliyyətini nəzərə alaraq Almaniya hakimiyyətinin keçməməli olduğu mənəvi sərhəddir.
BAKI, 6 yanvar — Sputnik. Rusiyanın Almaniyadakı səfirliyi Berlinin "Marder BMP" və "Patriot" hava hücumundan müdafiə sistemini Kiyevə göndərmək qərarını pisləyib. Rusiya tərəfi bunu Ukraynada münaqişənin gərginləşməsi istiqamətində atılan addım kimi qiymətləndirir.
Almaniya Kansleri Olaf Şolts və ABŞ Prezidenti Co Bayden cümə axşamı telefon danışığında Kiyevə ağır hərbi texnika göndərmək barədə razılığa gəliblər. Almaniya "Marder" piyada döyüş maşınları və "Patriot" hava hücumundan müdafiə sistemlərini tədarük etməyə hazır olduğunu açıqlayıb.

"Biz bu qərarı qətiyyətlə pisləyirik və bunu Ukraynada münaqişənin gərginləşməsi istiqamətində atılmış addım kimi qiymətləndiririk. Onun xristian dünyasında yüksək ehtiramla qarşılanan pravoslav Milad bayramı ərəfəsində, həmçinin Rusiya prezidentinin birtərəfli qaydada elan etdiyi atəşkəs fonunda qəbul edilməsi xüsusilə kinli görünür", - deyə Rusiya səfirliyinin bəyanatında deyilir.

Səfirliyin məlumatında qeyd edilib ki, bu qarşıdurma addımının razılaşdırılma sürəti onun Berlində, Vaşinqtonun ciddi təzyiqi altında, transatlantik həmrəyliyin dağıdıcı məntiqinə uyğun hərəkət edərək həyata keçirildiyinə şübhə yeri qoymur.
"Berlinin Kiyev rejimini ağır silahlarla təmin etmək qərarı Rusiya-Almaniya münasibətlərinin vəziyyətinə çox mənfi təsir göstərəcək", - səfirlikdən bildirilib.
Səfirlik bildirir ki, Kiyevə təkcə Rusiya hərbçilərinə qarşı deyil, həm də Donbasın mülki əhalisinə qarşı istifadə edilən öldürücü silahlar və ağır hərbi texnika göndərilir: "Bu, Almaniyanın Böyük Vətən Müharibəsi illərində nasizm cinayətlərinə görə xalqımız qarşısında tarixi məsuliyyətini nəzərə alaraq Almaniya hakimiyyətinin keçməməli olduğu mənəvi sərhəddir.
"Berlin tərəfindən bu qərarın qəbul edilməsi ilə getdikcə daha aydın olur ki, AFR və kollektiv Qərb münaqişənin sülh yolu ilə həllində maraqlı deyillər. Onların səyləri ilə Ukrayna faktiki olaraq hərbi sınaq poliqonuna, Ukrayna xalqı isə Qərbin geosiyasi maraqlarına nail olmaq üçün alətə çevrilib ki, bu da son nəticədə yalnız hərbi əməliyyatların uzanmasına, itkilərə və dağıntılara gətirib çıxarır", - diplomatik idarədən bildirilib.
Xəbər lenti
0