Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocavənddə azad edilmiş ərazidə xeyli silah-sursat aşkarlanıb

© AR Ministry of Internal Affairssilah-sursat
silah-sursat  - Sputnik Azərbaycan, 1920, 05.01.2023
Xəbərlərə abunə olun
НовостиTelegram
Keçirilən tədbirlər nəticəsində 1 avtomat, 1 pulemyot, 4 tank əleyhinə idarə olunan raket sistemi, 2 qumbaraatan, 21 əl qumbarası, 156 müxtəlif çaplı mərmi, 12.800 ədəd müxtəlif çaplı patronlar və digər sursatlar götürülüb.
BAKI, 5 yanvar — Sputnik. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xəbərə görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 1 avtomat, 1 pulemyot, 4 tank əleyhinə idarə olunan raket sistemi, 2 qumbaraatan, 21 əl qumbarası, 156 müxtəlif çaplı mərmi, 12.800 ədəd müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, bir müddət öncə Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar etmişdilər. Tapılan 8 avtomat, 5 qumbaraatan, 3 pulemyot, 1632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilmişdi.
Xəbər lenti
0