Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin Qərbə mesaj verdi: Rusiya aktivlərinə həbs qoyularsa...

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidVolodin
Volodin  - Sputnik Azərbaycan, 1920, 05.01.2023
Abunə olmaq
Rusiya Dövlət Dumasının spikeri bildirib ki, Almaniya və ya Fransa bunu ödəməli olacaq, çünki Vaşinqton belə vəziyyətlərdə aradan çıxır.
BAKI, 5 yanvar — Sputnik. Rusiyanın aktivlərinə həbs qoyulması ilə bağlı qərar verilərsə, Moskvanın belə qərar qəbul etmiş dövlətlərə qarşı analoji addımlar atmaq hüququ var. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
Bundan əvvəl "Bloomberg" məlumatlı mənbələrə istinadla yazıb ki, əgər hüquqi məsələlər həll olunarsa, Almaniya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanı bərpa etmək üçün istifadə etməyə hazırdır.
"Bu gün Almaniya hökuməti öz sələflərinin yaratdığı problemləri bizim ölkəmizə keçirmək qərarına gəlib. Bu məqsədlə Ukraynanı bərpa etmək üçün Rusiyanın aktivlərini ələ keçirməyi planlaşdırırlar. Belə bir qərar qəbul edilərsə, Almaniyanın və digər dövlətlərin aktivləri ilə bağlı oxşar addımları atmağa bizim haqqımız var", - Volodin “Telegram” kanalında yazıb.
O qeyd edib ki, Almaniya və ya Fransa bunun bədəlini ödəməli olacaq, çünki Vaşinqton belə vəziyyətlərdə aradan çıxır. Baltikyanı ölkələrdən və bir sıra digər Aİ dövlətlərindən götürəcək heç nə yoxdur - "onlar yalnız səs-küy yaradırlar".
Bundan əlavə, bu dövlətlərin keçmiş liderləri – Angela Merkel və Fransua Olland dünya ictimaiyyətinin dərk etdiyi Minsk razılaşmalarını sabotaj edərək Ukraynadakı münaqişənin səbəbkarına çevrilən fiqurlardır.
O qeyd edib ki, pul və əmlakın üzərinə həbs qoyulması ilə bağlı da oxşar tədbirlər görüləcək.
"Bu, bütün dövlətləri beynəlxalq hüquqa məhəl qoymamağa, öz mülahizələrinə uyğun gördükləri hər şeyi edəcəyi bir prosesə təkan verəcək. Almaniya rəhbərliyi öz ölkəsinin tarixindən xatırlamalıdır ki, başqasına qəsd etmə cəhdləri necə nəticələnib", - Volodin qeyd edib.
Xəbər lenti
0