https://sputnik.az/20230105/qarabagin-nadir-uzum-sortlari-yeniden-coxaldilir-450346527.html
Qarabağın nadir üzüm sortları yenidən çoxaldılır
Qarabağın nadir üzüm sortları yenidən çoxaldılır
Sputnik Azərbaycan
Sort keçmiş Ümumittifaq Üzümçülük və Şərabçılıq "Maqaraç" Elmi-Tədqiqat İnstitutunun Mərkəzi Asiya filialında geniş tədqiq olunmuş, keyfiyyətli desert... 05.01.2023, Sputnik Azərbaycan
2023-01-05T11:51+0400
2023-01-05T11:51+0400
2023-01-05T11:52+0400
qarabağ
qarabağ
üzüm
sort
https://cdnn1.img.sputnik.az/img/41732/30/417323069_0:104:2000:1229_1920x0_80_0_0_5e2e5d455d18e07e0d5a1a6adc150cf4.jpg
BAKI, 5 yanvar — Sputnik. Qarabağın nadir üzüm sortlarından olan Qara lkeni Azərbaycanın ən qiymətli qara giləli texniki üzüm sortudur və yenidən çoxaldılır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Bildirilir ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır. İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır. ÜŞETİ yerli üzüm sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən 28 aprel 2022-ci il tarixdə Qara lkeni üzüm sortunun çubuqları molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla analiz olunması üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutuna göndərilib. Analizlərin nəticələrinə əsasən sortun genetik cəhətdən təmiz profil olduğu təsdiqlənib. Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və Beynəlxalq Sort Kataloquna (VİVC) yerləşdirməsi onların milli sortlarımız olduğunu sübut etməyə imkan verir. Yerli üzüm sortlarının rəqəmsal təsvir edilməsində yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gilə və toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimyəvi göstəriciləri mühüm rol oynayır. Qara lkeninin tənəklərinə Gəncə, Göygöl rayonlarında, Qarabağ ərazisində (xüsusən Füzuli rayonunda) köhnə üzüm bağlarında, xiyabanlarda rast gəlinir. Sort keçmiş Ümumittifaq Üzümçülük və Şərabçılıq "Maqaraç" Elmi-Tədqiqat İnstitutunun Mərkəzi Asiya filialında geniş tədqiq olunmuş, keyfiyyətli desert şərabların hazırlanması üçün geniş istehsalata tövsiyə olunub. Qara lkeni Özbəkistan Respublikasının sort standartlarına daxil edilib. Sort hazırda Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat institutunun Abşeron kolleksiya bağında əkilib becərilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41732/30/417323069_112:0:1889:1333_1920x0_80_0_0_6be784a8d424689d5527d166253df880.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, üzüm, sort
Qarabağın nadir üzüm sortları yenidən çoxaldılır
11:51 05.01.2023 (Yenilənib: 11:52 05.01.2023) Sort keçmiş Ümumittifaq Üzümçülük və Şərabçılıq "Maqaraç" Elmi-Tədqiqat İnstitutunun Mərkəzi Asiya filialında geniş tədqiq olunmuş, keyfiyyətli desert şərabların hazırlanması üçün geniş istehsalata tövsiyə olunub
BAKI, 5 yanvar — Sputnik. Qarabağın nadir üzüm sortlarından olan Qara lkeni Azərbaycanın ən qiymətli qara giləli texniki üzüm sortudur və yenidən çoxaldılır.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Bildirilir ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır. İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır.
ÜŞETİ yerli üzüm sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən 28 aprel 2022-ci il tarixdə Qara lkeni üzüm sortunun çubuqları molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla analiz olunması üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutuna göndərilib. Analizlərin nəticələrinə əsasən sortun genetik cəhətdən təmiz profil olduğu təsdiqlənib. Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və Beynəlxalq Sort Kataloquna (VİVC) yerləşdirməsi onların milli sortlarımız olduğunu sübut etməyə imkan verir. Yerli üzüm sortlarının rəqəmsal təsvir edilməsində yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gilə və toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimyəvi göstəriciləri mühüm rol oynayır.
Qara lkeninin tənəklərinə Gəncə, Göygöl rayonlarında, Qarabağ ərazisində (xüsusən Füzuli rayonunda) köhnə üzüm bağlarında, xiyabanlarda rast gəlinir. Sort keçmiş Ümumittifaq Üzümçülük və Şərabçılıq "Maqaraç" Elmi-Tədqiqat İnstitutunun Mərkəzi Asiya filialında geniş tədqiq olunmuş, keyfiyyətli desert şərabların hazırlanması üçün geniş istehsalata tövsiyə olunub. Qara lkeni Özbəkistan Respublikasının sort standartlarına daxil edilib. Sort hazırda Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat institutunun Abşeron kolleksiya bağında əkilib becərilir.