https://sputnik.az/20230105/putinin-bir-qerari-qerbin-planlarini-alt-ust-etdi-450363566.html
Putinin bir qərarı Qərbin planlarını alt-üst etdi
Putinin bir qərarı Qərbin planlarını alt-üst etdi
Sputnik Azərbaycan
Ritter qeyd edib ki, Vladimir Putinin xüsusi hərbi əməliyyat keçirmək qərarı Qərb ölkələrini şoka salıb, çünki onların heç biri Rusiyanı ciddi qəbul etmirdi. 05.01.2023, Sputnik Azərbaycan
2023-01-05T21:27+0400
2023-01-05T21:27+0400
2023-01-05T21:27+0400
putin
rusiya
rusiya prezidenti vladimir putin
rusiya federasiyasının prezidenti vladimir putin
qərar
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449424028_0:157:3082:1891_1920x0_80_0_0_6490c3489d9ec6854d8660d9a0a3c433.jpg
BAKI, 5 yanvar — Sputnik. Rusiya Kiyevin Donbası ələ keçirmək planlarını qabaqladı və Qərbə qarşı durmağa cəsarət etdi ki, bu da ona strateji təşəbbüsü ələ almağa imkan verdi. Bunu təqaüddə olan amerikalı kəşfiyyatçı Skott Ritter Çinin "Global Times" nəşrinə bildirib. "NATO və ABŞ-ı artıq heç kimin müqavimət göstərməyə cəsarət etmədiyi xuliqanlar adlandırmaq olmaz. Rusiya cəsarət etdi və Qərbə səbrinin həddi-hüdudu olduğunu göstərdi. Qərb ölkələrinin məsuliyyətsiz hərəkətlərinə cavab olaraq çox şeyə qadir olduğunu göstərdi", - keçmiş kəşfiyyatçı bildirib. Ritter qeyd edib ki, Vladimir Putinin xüsusi hərbi əməliyyat keçirmək qərarı Qərb ölkələrini şoka salıb, çünki onların heç biri Rusiyanı ciddi qəbul etmirdi. "İndi biz bilirik ki, nə Ukrayna, nə Almaniya, nə də Fransa Minsk razılaşmalarını heç vaxt ciddi qəbul etməyiblər. Onlar protokollardan Donbas problemini hərbi yolla həll edə biləcək NATO ordusu yaratmaq üçün pərdə kimi istifadə ediblər. Lakin Rusiya onların planlarını pozdu. Onlar Rusiyanın hərbi əməliyyatla bağlı qərar verəcəyinə inanmırdılar", - keçmiş hərbçi vurğulayıb. Onun sözlərinə görə, Vaşinqtonun rəhbərlik etdiyi alyans Moskvanın kollektiv Qərbə müqavimət göstərə bilməyəcəyinə əmin idi. "Lakin Rusiya hərbçiləri münaqişənin ilkin mərhələlərində yol verdiyi bəzi səhvlərə baxmayaraq, vəziyyətə uyğunlaşdı və Rusiya xalqı müəyyən etdi ki, hazırkı vəziyyət Rusiya ilə Ukrayna arasında deyil, Rusiya ilə NATO arasında qarşıdurmadır", - Ritter fikirlərini tamamlayıb. Yanvarın 18-19-da Brüsseldə Şimali Atlantika blokunun ali orqanı olan hərbi komitənin iclasının keçirilməsi planlaşdırılır. Xüsusilə Ukraynadakı münaqişə və NATO-nun Kiyevə davamlı yardımının müzakirəsi nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449424028_176:0:2907:2048_1920x0_80_0_0_95d0efb64eb179dcbcf6c7f65679fd18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, rusiya prezidenti vladimir putin, rusiya federasiyasının prezidenti vladimir putin, qərar
putin, rusiya prezidenti vladimir putin, rusiya federasiyasının prezidenti vladimir putin, qərar
Putinin bir qərarı Qərbin planlarını alt-üst etdi
Ritter qeyd edib ki, Vladimir Putinin xüsusi hərbi əməliyyat keçirmək qərarı Qərb ölkələrini şoka salıb, çünki onların heç biri Rusiyanı ciddi qəbul etmirdi.
BAKI, 5 yanvar — Sputnik. Rusiya Kiyevin Donbası ələ keçirmək planlarını qabaqladı və Qərbə qarşı durmağa cəsarət etdi ki, bu da ona strateji təşəbbüsü ələ almağa imkan verdi. Bunu təqaüddə olan amerikalı kəşfiyyatçı Skott Ritter Çinin "Global Times" nəşrinə bildirib.
"NATO və ABŞ-ı artıq heç kimin müqavimət göstərməyə cəsarət etmədiyi xuliqanlar adlandırmaq olmaz. Rusiya cəsarət etdi və Qərbə səbrinin həddi-hüdudu olduğunu göstərdi. Qərb ölkələrinin məsuliyyətsiz hərəkətlərinə cavab olaraq çox şeyə qadir olduğunu göstərdi", - keçmiş kəşfiyyatçı bildirib.
Ritter qeyd edib ki, Vladimir Putinin xüsusi hərbi əməliyyat keçirmək qərarı Qərb ölkələrini şoka salıb, çünki onların heç biri Rusiyanı ciddi qəbul etmirdi.
"İndi biz bilirik ki, nə Ukrayna, nə Almaniya, nə də Fransa Minsk razılaşmalarını heç vaxt ciddi qəbul etməyiblər. Onlar protokollardan Donbas problemini hərbi yolla həll edə biləcək NATO ordusu yaratmaq üçün pərdə kimi istifadə ediblər. Lakin Rusiya onların planlarını pozdu. Onlar Rusiyanın hərbi əməliyyatla bağlı qərar verəcəyinə inanmırdılar", - keçmiş hərbçi vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqtonun rəhbərlik etdiyi alyans Moskvanın kollektiv Qərbə müqavimət göstərə bilməyəcəyinə əmin idi.
"Lakin Rusiya hərbçiləri münaqişənin ilkin mərhələlərində yol verdiyi bəzi səhvlərə baxmayaraq, vəziyyətə uyğunlaşdı və Rusiya xalqı müəyyən etdi ki, hazırkı vəziyyət Rusiya ilə Ukrayna arasında deyil, Rusiya ilə NATO arasında qarşıdurmadır", - Ritter fikirlərini tamamlayıb.
Yanvarın 18-19-da Brüsseldə Şimali Atlantika blokunun ali orqanı olan hərbi komitənin iclasının keçirilməsi planlaşdırılır. Xüsusilə Ukraynadakı münaqişə və NATO-nun Kiyevə davamlı yardımının müzakirəsi nəzərdə tutulur.