Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xüsusi əməliyyat: Makeyevkada ölən rus əsgərlərin sayı 89-a yüksəlib

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidРазрушенный жилой дом на проспекте Металлургов в Мариуполе
Разрушенный жилой дом на проспекте Металлургов в Мариуполе - Sputnik Azərbaycan, 1920, 04.01.2023
Abunə olmaq
Sevryukov sözlərinə görə, insidentin əsas səbəbi şəxsi heyət tərəfindən qadağanın əksinə olaraq düşmən silahlarının əli çatan yerdə mobil telefonlardan kütləvi şəkildə istifadə edilməsi olub.
BAKI, 4 yanvar - Sputnik. Yeni il ərəfəsində Ukrayna hərbçilərinin Makeyevka şəhərinə endirdiyi zərbə nəticəsində həlak olan rus əsgərlərinin sayı 89-a çatıb.
Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisinin birinci müavini, general-leytenant Sergey Sevryukov bildirib.
O qeyd edib ki, hazırda faciənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır, onun nəticələrinə əsasən təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar.
Xüsusi əməliyyatın gedişi
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bir sutka ərzində Kupyansk istiqamətində 40-dan çox Ukrayna hərbçisinin, Xarkov vilayətində isə düşmənin diversiya-kəşfiyyat qrupunun məhv edildiyini bildirib.
Krasno-Limanski istiqamətində iki hücum dəstəsinə zərbələr endirilib, düşmənin toplu halda olan canlı qüvvə və texnikası, beş təxribat və kəşfiyyat qrupu məhv edilib. Ukraynanın 150 hərbçisi öldürüb və yaralayıb.
Donetsk istiqamətində də rus qoşunları hücum əməliyyatlarını davam etdirir. Ukrayna sutka ərzində bu istiqamətdə 100-dən çox əsgərini itirib. Cənubi Donetsk istiqamətində ukraynalıların Dorojnyanka rayonu ərazisindəki mövqelərə əks-hücum etmək cəhdləri uğursuz olub, bütün əks-hücumlar dəf edilib.
DXR və Zaporojye vilayətinə endirilən zərbələr nəticəsində 180-dən çox Ukrayna əsgəri, USQ-yə aid 5 artilleriya anbarı, xarici muzdlu birləşmənin raket və artilleriya silahları anbarı məhv edilib.
Kramatorsk və Novopavlovka yaxınlığında Ukraynaya məxsus MiQ-29 və Su-25-lər vurulub.
Sevastopolun qubernatoru Mixail Razvojayevin sözlərinə görə, Belbek bölgəsində dəniz üzərində hava hücumundan müdafiə vasitələri ilə iki pilotsuz təyyarə vurulub.
Makeyevkanın atəşə tutulmasının təhqiqatı
Ukrayna qoşunlarının zərbəsi zamanı Makeyevkada həlak olan rus əsgərlərinin sayı 89-a çatıb. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisinin birinci müavini, general-leytenant Sergey Sevryukov bildirib. Onun sözlərinə görə, yanvarın 1-də Moskva vaxtı ilə saat 00.01-də Ukrayna hərbçilərinin artilleriyası Rusiya hərbi birləşmələrindən birinin müvəqqəti yerləşdirildiyi nöqtəyə HİMARS reaktiv yaylım atəşi sistemindən 6 raket atıb. İki mərmi növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən tutulub. Rusiya hərbçilərinin yerləşdiyi binaya yüksək partlayıcı parçalanma başlığına malik dörd raket düşüb.
Sevryukov sözlərinə görə, insidentin əsas səbəbi şəxsi heyət tərəfindən qadağanın əksinə olaraq düşmən silahlarının əli çatan yerdə mobil telefonlardan kütləvi şəkildə istifadə edilməsi olub.
Kiyevdən digər hücumlar
Ukraynanın Zaporojye vilayətinin Vasilyevkayaşayış məntəqəsini atəşə tutması nəticəsində 5 nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski bildirib.
Dekabrın 21-də Donbassda yaralanan Roskosmosun keçmiş rəhbəri və “Çar canavarları” hərbi məsləhətçilər xüsusi dəstəsinin rəhbəri Dmitri Roqozin boynundan çıxardığı mərmi parçasını Fransanın Rusiyadakı səfiri Pyer Leviyə təhvil verərək xahiş edib ki, onu prezident Emmanuel Makrona göndərsin. Bundan əvvəl Rusiya İstintaq Komitəsi bəyan etmişdi ki, atışmanın Fransanın Sezar (Caesar) haubitsalarından həyata keçirilməsi ehtimal edilir.
Xəbər lenti
0