Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə Türkiyənin birlikdə həyata keçirdiyi patrul xidməti genişləndirilə bilər - Akar

© AFP 2024 / DELIL SOULEIMANRusiya ilə Türkiyənin birlikdə həyata keçirdiyi patrul xidməti
Rusiya ilə Türkiyənin birlikdə həyata keçirdiyi patrul xidməti - Sputnik Azərbaycan, 1920, 04.01.2023
Abunə olmaq
Türkiyənin müdafiə naziri deyib ki, Moskvada onların mövqeyi ölkənin, millətin maraqlarını müdafiə etməkdən ibarət olub.
BAKI, 4 yanvar - Sputnik. "Suriyanın şimalında Rusiya ilə birlikdə həyata keçirdiyimiz patrul xidməti genişləndirilə bilər".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O söyləyib ki, Moskvada keçirilən üçtərəfli görüşdə həm Rusiya, həm də Suriya nümayəndələrinə Türkiyənin qətiyyətli mövqeyi çatdırılıb: “Danışıqlarımız davam edəcək. Ümid edirik ki, proses müsbət istiqamətdə inkişaf edəcək. Moskvada mövqeyimiz ölkəmizin, millətimizin maraqlarını müdafiə etməkdən ibarət idi".
Qeyd edək ki, dekabrın 28-də Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdə olub. Həmin gün H.Akar, H.Fidan, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş keçirilib.
Xəbər lenti
0