Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan növbəti dəfə Putinə Ukrayna məsələsində vasitəçilik təklif edəcək

© Sputnik / Вячеслав ПрокофьевRusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 04.01.2023
Abunə olmaq
Daha əvvəl Türkiyə prezidentinin nümayəndəsi bildirib ki, Ərdoğan çərşənbə günü Putin və Zelenski ilə telefon danışıqlarına ümid edir.
BAKI, 4 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə bu günə planlaşdırılan telefon danışıqları zamanı danışıqlar prosesində bir daha Ankaranın vasitəçiliyini təklif etmək niyyətindədir.
Bu barədə diplomatik mənbə RİA Novosti-yə bildirib.
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı yanvarın 4-nə planlaşdırılıb. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə təsdiqləyib. Daha əvvəl Türkiyə prezidentinin nümayəndəsi bildirib ki, Ərdoğan çərşənbə günü Putin və Zelenski ilə telefon danışıqlarına ümid edir.
"Cari ildə prezident Ərdoğan atəşkəsə nail olmaq üçün danışıqlar prosesinin bərpası istiqamətində səyləri davam etdirmək niyyətindədir. İki tərəflə danışıqlar aparmaq imkanı əldə edən Türkiyə prezidenti öz vasitəçiliyini təklif etməyə davam etmək niyyətindədir. Bununla bağlı bugünkü telefon danışıqları istisna olmayacaq", - mənbə bildirib.
Rusiya Xarici İşlər Nazirliyi artıq bəyan edib ki, Kiyev danışıqlara deyil, eskalasiyaya hazırdır. Bundan əvvəl Kreml qeyd edib ki, Rusiya Qərbin ədalətli və uzunmüddətli sülhün vəziyyətin nizamlanmasının nəticəsi olması ilə bağlı bəyanatları ilə razıdır, lakin eyni zamanda, Moskva nizamlanma üzrə danışıqların perspektivini hələlik görmür.
Xəbər lenti
0