https://sputnik.az/20230103/suriya-ile-bagli-butun-qerarlari-ucterefli-goruslerden-gozlemek-olmaz---cavusoglu-450316604.html
Suriya ilə bağlı bütün qərarları üçtərəfli görüşlərdən gözləmək olmaz - Çavuşoğlu
Suriya ilə bağlı bütün qərarları üçtərəfli görüşlərdən gözləmək olmaz - Çavuşoğlu
Sputnik Azərbaycan
Xarici siyasət idarəsinin rəhbəri Türkiyə və Suriya liderləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin yaxın vaxtlarda görüşünün mümkünlüyünü şərh edib. 03.01.2023, Sputnik Azərbaycan
2023-01-03T15:41+0400
2023-01-03T15:41+0400
2023-01-03T15:53+0400
rusiya
rusiya
türkiyə
suriya
görüş
mövlud çavuşoğlu
ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448157086_0:0:3025:1702_1920x0_80_0_0_a4b725d7d764a5cc9af9dcd5b399dd9b.jpg
BAKI, 3 noyabr - Sputnik. Ankara və Dəməşqin xarici işlər qurumlarının rəhbərləri arasında planlaşdırılan danışıqların tarixi ilə bağlı Ankara Moskva ilə işləyir. Belə bir açıqlama ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sabah" qəzetinə müsahibəsində çıxış edib."Rusiya xarici işlər nazirlərinin görüşünün tarixini təklif etdi, lakin bu, bizə uyğun gəlmədi. Biz tarixlərlə bağlı yeni təkliflər üzərində işləyirik. Dedim ki, üçtərəfli görüşlər yaxşı hazırlanmalı, nəticəyönümlü olmağa başlamalıdır. Siz tarix təyin edirsiniz və həmin tarixdən əvvəl hansı addımların atılacağını müəyyənləşdirirsiniz. Bu hazırlığı həyata keçirəcəyik. Ekspertlər səviyyəsində görüşlər keçiriləcək”, - deyə nazir bildirib,“Kəşfiyyat səviyyəsində və ya müdafiə nazirləri səviyyəsində müzakirə olunan məsələlərin konkret addımlara çevrilməsi üçün görüləcək işlər var. Bunlar bir günlük görüşlər və ya müxtəlif səviyyələrdə keçirilən birdəfəlik görüşlər olmayacaq. Suriya ilə bağlı bütün qərarların üçtərəfli görüşdə veriləcəyini gözləmək olmaz. Bütün bunlar qarşıdakı dövrdə inamın yaradılması və həssas məsələlərdə əməkdaşlığın konkretləşdirilməsi istiqamətində atılan addımlardır”, - deyə Çavuşoğlu bildirib.Mövlud Çavuşoğlu Türkiyə və Suriya liderləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin yaxın vaxtlarda görüşünün mümkünlüyünü şərh edərkən deyib ki, bunun qiymətləndirilməsi çox güman ki, xarici işlər nazirlərinin planlaşdırılan görüşündən sonra olacaq. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiya lideri Vladimir Putinə Türkiyə, Rusiya və Suriya liderlərinin görüşünün keçirilməsini təklif etdiyini, lakin ondan əvvəl kəşfiyyat xidmətləri, müdafiə və xarici işlər nazirliklərinin rəhbərlərinin görüşünün keçirilməli olduğunu bildirib.Çavuşoğlu daha əvvəl bildirmişdi ki, Türkiyə və Suriya XİN rəhbərlərinin görüşü yanvarın ikinci yarısında üçüncü ölkədə, ola bilsin ki, Moskvada planlaşdırılır.Ərdoğan daha əvvəl Suriya lideri Bəşər Əsədlə görüşünü istisna etməyib və “siyasətdə heç bir inciklik olmadığını” deyib.“Belə proqnozlar vermək düzgün olmazdı, son nəticədə bu qərarı cənab prezident (Tayyib Ərdoğan) verməlidir. Amma prezidentimizin dediyi bir şey var: “Mərhələli dialoq olacaq”. Əvvəlcə müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin, sonra xarici işlər nazirlərinin, sonra liderlərin görüşü olacaq. Əvvəlcə görüşək, sonra qiymətləndiriləcək”, - deyə Çavuşoğlu "Sabah" qəzetinə müsahibəsində bildirib.Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri Suriya böhranının həlli yollarını müzakirə etmək üçün Moskvada üçtərəfli danışıqlar aparıblar.Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov daha əvvəl RİA Novosti-yə bildirib ki, Moskva Ankara və Dəməşqə vasitəçilik tətbiq etmir, lakin Rusiya Federasiyasından xahiş olunarsa, prezidentlər Ərdoğan və Əsəd arasında görüş keçirməyə hazırdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448157086_74:0:2805:2048_1920x0_80_0_0_6f817fd19d5387d6b4646d7512c42341.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, türkiyə, suriya, görüş, mövlud çavuşoğlu, ərdoğan
rusiya, türkiyə, suriya, görüş, mövlud çavuşoğlu, ərdoğan
Suriya ilə bağlı bütün qərarları üçtərəfli görüşlərdən gözləmək olmaz - Çavuşoğlu
15:41 03.01.2023 (Yenilənib: 15:53 03.01.2023) Xarici siyasət idarəsinin rəhbəri Türkiyə və Suriya liderləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin yaxın vaxtlarda görüşünün mümkünlüyünü şərh edib.
BAKI, 3 noyabr - Sputnik. Ankara və Dəməşqin xarici işlər qurumlarının rəhbərləri arasında planlaşdırılan danışıqların tarixi ilə bağlı Ankara Moskva ilə işləyir. Belə bir açıqlama ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sabah" qəzetinə müsahibəsində çıxış edib.
"Rusiya xarici işlər nazirlərinin görüşünün tarixini təklif etdi, lakin bu, bizə uyğun gəlmədi. Biz tarixlərlə bağlı yeni təkliflər üzərində işləyirik. Dedim ki, üçtərəfli görüşlər yaxşı hazırlanmalı, nəticəyönümlü olmağa başlamalıdır. Siz tarix təyin edirsiniz və həmin tarixdən əvvəl hansı addımların atılacağını müəyyənləşdirirsiniz. Bu hazırlığı həyata keçirəcəyik. Ekspertlər səviyyəsində görüşlər keçiriləcək”, - deyə nazir bildirib,
“Kəşfiyyat səviyyəsində və ya müdafiə nazirləri səviyyəsində müzakirə olunan məsələlərin konkret addımlara çevrilməsi üçün görüləcək işlər var. Bunlar bir günlük görüşlər və ya müxtəlif səviyyələrdə keçirilən birdəfəlik görüşlər olmayacaq. Suriya ilə bağlı bütün qərarların üçtərəfli görüşdə veriləcəyini gözləmək olmaz. Bütün bunlar qarşıdakı dövrdə inamın yaradılması və həssas məsələlərdə əməkdaşlığın konkretləşdirilməsi istiqamətində atılan addımlardır”, - deyə Çavuşoğlu bildirib.
Mövlud Çavuşoğlu Türkiyə və Suriya liderləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin yaxın vaxtlarda görüşünün mümkünlüyünü şərh edərkən deyib ki, bunun qiymətləndirilməsi çox güman ki, xarici işlər nazirlərinin planlaşdırılan görüşündən sonra olacaq.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiya lideri Vladimir Putinə Türkiyə, Rusiya və Suriya liderlərinin görüşünün keçirilməsini təklif etdiyini, lakin ondan əvvəl kəşfiyyat xidmətləri, müdafiə və xarici işlər nazirliklərinin rəhbərlərinin görüşünün keçirilməli olduğunu bildirib.
Çavuşoğlu daha əvvəl bildirmişdi ki, Türkiyə və Suriya XİN rəhbərlərinin görüşü yanvarın ikinci yarısında üçüncü ölkədə, ola bilsin ki, Moskvada planlaşdırılır.
Ərdoğan daha əvvəl Suriya lideri Bəşər Əsədlə görüşünü istisna etməyib və “siyasətdə heç bir inciklik olmadığını” deyib.
“Belə proqnozlar vermək düzgün olmazdı, son nəticədə bu qərarı cənab prezident (Tayyib Ərdoğan) verməlidir. Amma prezidentimizin dediyi bir şey var: “Mərhələli dialoq olacaq”. Əvvəlcə müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin, sonra xarici işlər nazirlərinin, sonra liderlərin görüşü olacaq. Əvvəlcə görüşək, sonra qiymətləndiriləcək”, - deyə Çavuşoğlu "Sabah" qəzetinə müsahibəsində bildirib.
Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri Suriya böhranının həlli yollarını müzakirə etmək üçün Moskvada üçtərəfli danışıqlar aparıblar.
Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov daha əvvəl RİA Novosti-yə bildirib ki, Moskva Ankara və Dəməşqə vasitəçilik tətbiq etmir, lakin Rusiya Federasiyasından xahiş olunarsa, prezidentlər Ərdoğan və Əsəd arasında görüş keçirməyə hazırdır.