Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Səfərbər edilmiş döyüşçülərin hazırlığı ilə Rusiyanın elit desant bölmələri məşğuldur

© Sputnik / Mediabanka keçidXüsusi əməliyyatın cənub istiqamətində Hava-Desant Qüvvələrinin fəaliyyəti, arxiv şəkli
Xüsusi əməliyyatın cənub istiqamətində Hava-Desant Qüvvələrinin fəaliyyəti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Abunə olmaq
Təlimlərə xüsusi hərbi əməliyyat zamanı döyüş təcrübəsi almış Hava-Desant Qüvvələrinin təlimatçıları rəhbərlik edir.
BAKI, 3 yanvar - Sputnik. Rusiya Hava-Desant Qoşunlarının elit bölmələri Zaporojye istiqamətində səfərbər edilmiş döyüşçülərin intensiv təlimini keçirir. Bu barədə RİA Novosti xəbər verir.
Bildirilir ki, hazırlıq Zaporojye vilayətindəki poliqonlardan birində aparılır.
Rusiya Silahlı Qüvvələrinin səfərbər edilmiş döyüşçüləri cütlük və üçlük şəklində taktiki hərəkət üzrə təlim keçəcəklər.
Onlara müxtəlif ssenarilər, o cümlədən binalara hücum, zirehli texnikanın məhv edilməsi, yaralıların döyüş meydanından çıxarılması üzrə hazırlıq keçiriləcək.
Dərslərə xüsusi hərbi əməliyyat zamanı döyüş təcrübəsi almış Hava-Desant Qüvvələrinin elit bölmələrinin təlimatçıları, döyüşçüləri rəhbərlik edir.
Təlimatçının sözlərinə görə, təlim “gücləndirilmiş rejimdə və gərgin” keçir.
Xəbər lenti
0