Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya ordusu Cənubi Donetsk istiqamətində 30-dan çox Ukrayna hərbçisini məhv edib - MN

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası
Rusiya Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Abunə olmaq
“Drujkovka” dəmir yolu stansiyası ərazisində toplanan hərbi texnikaya raket və hava zərbələri nəticəsində ABŞ istehsalı olan “HIMARS” reaktiv yaylım atəş sistemlərinin iki buraxılış qurğusu sıradan çıxarılıb.
BAKI, 3 yanvar - Sputnik. Rusiya Silahlı Qüvvələri Cənubi Donetsk istiqamətində 30-dan çox ukraynalı hərbçini və beş texnikanı məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı məlumat yayıb.
“Cənub-Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin "Donetsk Xalq Respublikası"nın Preçistovka, Zolotaya Niva və Novodonetskoye yaşayış məntəqələrindəki bölmələrinə artilleriya zərbələri nəticəsində 30-dan çox ukraynalı hərbçi, iki zirehli döyüş maşını və üç pikap məhv edilib", - deyə Nazirliyin məlumatında bildirilir.
Bundan əlavə Rusiya qoşunları əks batareya döyüşü zamanı "DXR" və "LXR"-də ABŞ istehsalı olan Ukraynaya məxsus üç M-777 artilleriya sistemini məhv edib.
“Donetsk Xalq Respublikası"nın Artyomovsk şəhəri və "Luqansk Xalq Respublikası"nın Çervonaya Dibrova qəsəbəsi ərazilərində ABŞ istehsalı olan üç M-777 artilleriya sistemi atəş mövqelərində məhv edilib”, - deyə Nazirliyin məlumatında bildirilir.
© AFP 2023 / YASUYOSHI CHIBABM-21 Qrad reaktiv yaylım atəşi sistemi, arxiv şəkli
Реактивная установка залпового огня БМ-21 «Град». - Sputnik Azərbaycan, 1920, 03.01.2023
BM-21 Qrad reaktiv yaylım atəşi sistemi, arxiv şəkli
Həmçinin Xarkov vilayətinin Volçansk və "Donetsk Xalq Respublikası"nın Serebryanka qəsəbələrinin ərazilərində “Qrad” RYAS maşını məhv edilib. Bundan əlavə, Zaporojye vilayətinin Kamenskoye və Qulyaypole yaşayış məntəqələri ərazilərində iki D-30 haubitsası da məhv edilib.
Nazirlik onu da bildirib ki, Rusiya raket qüvvələri və artilleriyası aviasiya ilə birlikdə hücum nəticəsində Zaporojye və Dnepropetrovsk vilayətlərində Ukrayna hərbçilərinin iki HIMARS MLRS buraxılış qurğusunu və Çexiyanın Vampire markalı RYAS dörd döyüş maşını, iki silah anbarı və iki yanacaq anbarını məhv edilib.
“Donetsk Xalq Respublikası"nın “Drujkovka” dəmir yolu stansiyası ərazisində toplanan hərbi texnikaya raket və hava zərbələri nəticəsində ABŞ istehsalı olan “HIMARS” reaktiv yaylım atəş sistemlərinin iki buraxılış qurğusu, Çexiya istehsalı olan dörd RM-70 Vampire reaktiv yaylım atəşi sistemi məhv edilib", - deyə məlumatda bildirilir.
Həmçinin Drujkovkada çoxsaylı reaktiv yaylım atəşi sistemləri üçün 800-dən çox raket, 6 maşın, 120-yə qədər ukraynalı hərbçi məhv edilib.
Qeyd olunur ki, ümumilikdə Ukrayna hərbçilərinin 72 artilleriya bölməsi 104 rayonda atəş mövqeləri, canlı qüvvə və hərbi texnika Rusiya Silahlı Qüvvələrinin qruplaşmalarının Raket Qoşunları və artilleriyası tərəfindən vurulub.
Bundan əlavə, Zaporojye vilayətinin Qulyaipole və Çervonoe yaşayış məntəqələri ərazilərində artilleriya sursatlarının və hərbi texnikanın dörd anbarı, Xerson vilayətinin Tyaginka rayonunda silah və hərbi texnika anbarı dağıdılıb.
Xəbər lenti
0