Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İlin ilk günlərində Rusiyada baş verən avtoqəzalarda 80-dən çox adam həlak olub

© Sputnik / © 75.mchs.gov.ru / Mediabanka keçidRusiyanın Zabaykalye diyarında sərnişin avtobusu qəzaya düşüb, arxiv şəkli
Rusiyanın Zabaykalye diyarında sərnişin avtobusu qəzaya düşüb, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Abunə olmaq
Qurumun məlumatında qeyd olunur ki, qəzalar nəticəsində ölənlərin 6 nəfəri uşaqlardır.
BAKI, 3 yanvar - Sputnik. 2023-cü ilin əvvəlindən Rusiyada 500-dən çox qəza baş verib. Bu barədə Rusiyanın Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin (yol polisi - red.) mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatında bildirilir ki, qeyd olunan qəzalarda 80-dən çox insan həyatını itirib.
“Yeni ilin ilk günlərində ölkənin avtomobil yollarında 500-dən çox avtomobil qəzası baş verib, nəticədə 80-dən çox insan ölüb, onlardan 6-sı azyaşlı olub”, - deyə məlumatda bildirilir.
Müfəttişliyin məlumatında ölən uşaqların hamısının sərnişin olduğu qeyd edilib.
Xəbər lenti
0