Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda naməlum şəxs pul tələb etdiyi kişini bıçaqlayıb

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 02.01.2023
Abunə olmaq
Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.
BAKI, 2 yanvar - Sputnik. Bakının Sabunçu rayonunda bıçaqlanma faktı qeydə alınıb.
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.
Südçülük Sovxozu kimi tanınan ərazidə 1964-cü il təvəllüdlü Mütəllibzadə Etibar Məmməd oğlu evə gedərkən naməlum şəxslər onun qarşısını kəsərək pul tələb ediblər.
E.Mütəllibzadə onlara pul verməyincə naməlum şəxslərdən biri bıçaqla ona xəsarətlər yetirib.
Bıçaqlanan şəxs xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub.
Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.
Xəbər lenti
0