https://sputnik.az/20230102/bakida-hansi-erazilere-metro-cekilecek-sumqayit-xirdalan-siyahida-var-450220924.html
Bakıda hansı ərazilərə metro çəkiləcək: Sumqayıt, Xırdalan siyahıda var?
Bakıda hansı ərazilərə metro çəkiləcək: Sumqayıt, Xırdalan siyahıda var?
Sputnik Azərbaycan
Bəxtiyar Məmmədov deyib ki, Bakı metropolitenində ən çox yüklənən yaşıl və qırmızı xətt 28 May stansiyasında birləşir. 02.01.2023, Sputnik Azərbaycan
2023-01-02T09:30+0400
2023-01-02T09:30+0400
2023-01-02T09:30+0400
metro
paytaxt xəbərləri
bakı metropoliteni
"bakı metropoliteni" qsc
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449955273_0:103:2000:1228_1920x0_80_0_0_3a5ef73becbfc0fd7bb95d5a42872bcb.jpg
BAKI, 2 yanvar — Sputnik. "Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin çəkilməsi aktual deyil". Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, ümumiyyətlə nəqliyyat məsələlərinin həll olunması məsələsində əsas prioritet hardasa metro stansiyalarının inşası deyil, məhz inteqrasiya olunmuş nəqliyyat, bir nəqliyyatdan digərinə rahat keçidin təmin edilməsi, eyni zamanda insanlara daha çox nəqliyyat seçimi imkanının verilməsidir: "Metro şəhərdaxili nəqliyyat sayılır. Bu mənada Bakının mərkəzi əsas olmaq şərtilə biz hələ ki, bu məsələlərin həllinə tam nail olmamışıq. Xırdalan, Sumqayıt böyük şəhərlərdir. Düzdür, dünya praktikasında ətraf ərazilərə metro xəttinin çəkilməsi nümunələri var. Lakin Bakı üçün bu məsələ hazırda aktual deyil". "B4" 2024-cü ildə açıla bilər O, həmçinin bildirib ki, Bənövşəyi xəttin yeraltı dördüncü stansiyası olan "B4" 2024-cü ildə açıla bilər: "Dəqiq tarix növbəti ildə işlərin hansı səviyyədə icra olunmasından asılıdır. Dördsəviyyəli olan stansiyanın iki səviyyəsinin inşası başa çatdırılıb. 2023-cü ilin sonuna qədər digər səviyyələrin də inşası tamamlanacaq. Həmçinin infrastrukturun qurulması və təchizatla bağlı əsas işlər də gələn il görüləcək" . Metroda interval niyə azaldılmır? Bəxtiyar Məmmədov Bakı Metrosunda intervalın azaldılmamasının səbəbini də açıqlayıb. Bildirib ki, metroda intervalın azaldılması birbaşa tikinti işləri ilə bağlı məsələlərə söykənir. Dünya metropoliten sistemində əzəldən qəbul olunmuş qaydaya görə, hər bir xətt müstəqil qaydada fəaliyyət göstərməlidir: "Lakin Bakı metropoliteninin ən böyük problemi odur ki, ən çox yüklənən yaşıl və qırmızı xətt 28 May stansiyasında birləşir". Bəxtiyar Məmmədov xətlərin ayrılması layihəsi tam həllini tapmayınca, intervalın aşağı salınmasının qeyri-mümkün olduğunu diqqətə çatdırıb: "Bu vaxta qədər Nizami-Dərnəgül və Sahil-İçərişəhər istiqamətində sərnişinlər 4 dəqiqədən az interval görməyiblər. Bizim yetərli sayda qatarımız var. Lakin intervalın azaldılması sırf texniki məsələlərlə əlaqədar hələlik mümkün deyil". Qeyd edək ki, dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin "Xocəsən" elektrik deposunun və "Xocəsən" stansiyasının açılışında iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449955273_114:0:1887:1330_1920x0_80_0_0_a2f3c5948eea2efb9e5ad0bbf0c11078.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
metro, bakı metropoliteni, "bakı metropoliteni" qsc
metro, bakı metropoliteni, "bakı metropoliteni" qsc
Bakıda hansı ərazilərə metro çəkiləcək: Sumqayıt, Xırdalan siyahıda var?
Bəxtiyar Məmmədov deyib ki, Bakı metropolitenində ən çox yüklənən yaşıl və qırmızı xətt 28 May stansiyasında birləşir.
BAKI, 2 yanvar — Sputnik. "Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin çəkilməsi aktual deyil".
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, ümumiyyətlə nəqliyyat məsələlərinin həll olunması məsələsində əsas prioritet hardasa metro stansiyalarının inşası deyil, məhz inteqrasiya olunmuş nəqliyyat, bir nəqliyyatdan digərinə rahat keçidin təmin edilməsi, eyni zamanda insanlara daha çox nəqliyyat seçimi imkanının verilməsidir:
"Metro şəhərdaxili nəqliyyat sayılır. Bu mənada Bakının mərkəzi əsas olmaq şərtilə biz hələ ki, bu məsələlərin həllinə tam nail olmamışıq. Xırdalan, Sumqayıt böyük şəhərlərdir. Düzdür, dünya praktikasında ətraf ərazilərə metro xəttinin çəkilməsi nümunələri var. Lakin Bakı üçün bu məsələ hazırda aktual deyil".
"B4" 2024-cü ildə açıla bilər
O, həmçinin bildirib ki, Bənövşəyi xəttin yeraltı dördüncü stansiyası olan "B4" 2024-cü ildə açıla bilər:
"Dəqiq tarix növbəti ildə işlərin hansı səviyyədə icra olunmasından asılıdır. Dördsəviyyəli olan stansiyanın iki səviyyəsinin inşası başa çatdırılıb. 2023-cü ilin sonuna qədər digər səviyyələrin də inşası tamamlanacaq. Həmçinin infrastrukturun qurulması və təchizatla bağlı əsas işlər də gələn il görüləcək" .
Metroda interval niyə azaldılmır?
Bəxtiyar Məmmədov Bakı Metrosunda intervalın azaldılmamasının səbəbini də açıqlayıb. Bildirib ki, metroda intervalın azaldılması birbaşa tikinti işləri ilə bağlı məsələlərə söykənir. Dünya metropoliten sistemində əzəldən qəbul olunmuş qaydaya görə, hər bir xətt müstəqil qaydada fəaliyyət göstərməlidir: "Lakin Bakı metropoliteninin ən böyük problemi odur ki, ən çox yüklənən yaşıl və qırmızı xətt 28 May stansiyasında birləşir".
Bəxtiyar Məmmədov xətlərin ayrılması layihəsi tam həllini tapmayınca, intervalın aşağı salınmasının qeyri-mümkün olduğunu diqqətə çatdırıb:
"Bu vaxta qədər Nizami-Dərnəgül və Sahil-İçərişəhər istiqamətində sərnişinlər 4 dəqiqədən az interval görməyiblər. Bizim yetərli sayda qatarımız var. Lakin intervalın azaldılması sırf texniki məsələlərlə əlaqədar hələlik mümkün deyil".
Qeyd edək ki, dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin "Xocəsən" elektrik deposunun və "Xocəsən" stansiyasının açılışında iştirak edib.